T

Tam Store

Son tarix: 28 Sentyabr 2026

Soyuducu sistemləri üzrə mühəndis

MühəndislikBakıTam Ştat28 Avqust 202649

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Soyuducu sistemlərin  quraşdırılması, sazlanması və istismarını təmin etmək;
  • Mövcud sistemlərin texniki vəziyyətinə daimi nəzarət etmək üçün servis əməkdaşlarını yönləndirmək və planlı profilaktik baxış keçirmək;
  • Yaranmış nasazlıqların aradan qaldırılması üçün servis şirkətini aidiyyati marketə yönləndirmək və işi icrasına nəzarət etmək;
  • Enerji səmərəliliyinin artırılması və qənaət tədbirləri üzrə təkliflər hazırlamaq;
  • İstismar və təmir işləri zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Soyuducu sistemlər üçün lazım olan ehtiyat hissələri, alətlər və materialların siyahısını tərtib etmək;
  • Yeni avadanlıqların seçilməsi və quraşdırılmasında iştirak etmək;
  • Hesabat, texniki sənədləşmə və iş jurnallarını aparmaq;
  • İşçilərə soyuducu sistemlərin düzgün istifadəsi və təhlükəsizlik qaydaları barədə təlim keçmək.

Tələblər:

  • Retail sektorunda minimum 2 il iş təcrübəsi;
  • Nəqliyyat vasitəsinin olması;
  • MS Office bilikləri;
  • Stressə davamlılıq;
  • Kollektivdə işləmək bacarığı;
  • Ezamiyyətlərə açıq olmaq;
  • Ali təhsil olması üstünlükdür.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Ərazi.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Soyuducu sistemləri üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

Oxşar vakansiyalar