Gen Pharma Caucasus Manufacturing Operations
Mexaniki xidmət üzrə texnik
1200 ₼
Vakansiya haqqında
-Yalnız kişi namizədlər.
-Hərbi xidmət keçmiş və ya qanunvericiliyə uyğun olaraq hərbi xidmətə yararsız hesab edilmiş namizədlər.
-Saqqalın qırxılması tələbinə və əczaçılıq istehsalında tətbiq olunan gigiyena qaydalarına riayət etməyə hazır olmaq.
Tələblər:
-Müvafiq ixtisas üzrə orta ixtisas, peşə və ya ali təhsilə malik olmaq.
-İngilis dili biliyi (arzuolunandır).
-HVAC, isitmə, soyutma, qazpaylama sistemləri və digər əlaqəli infrastruktur sistemləri üzrə biliklərə malik olmaq.
-Texniki xidmət və təmir sahəsində bilik və iş təcrübəsinə malik olmaq.
-Komandada effektiv işləmək bacarığına malik olmaq.
-Microsoft Office proqramlarında işləmək bacarığına malik olmaq.
-Tələb olunduğu hallarda intensiv iş tempində işləmək bacarığına malik olmaq.
-Zərurət yarandıqda çətin və tələbkar iş şəraitində işləmək bacarığına malik olmaq.
Vəzifə öhdəlikləri:
-İnfrastrukturun mexaniki sistemləri (HVAC, su sistemləri, isitmə, soyutma, buxar sistemləri və s.) üzrə istismar və texniki xidmət prosedurlarını hazırlamaq və mütəmadi olaraq yeniləmək.
-Cavabdeh olduğu sistemlərin səmərəli və fasiləsiz işləməsini təmin etmək.
-Təhkim olunmuş sistemlərin texniki xidmətini həyata keçirmək və bununla bağlı bütün sənədlərin tam və aktual vəziyyətdə olmasını təmin etmək.
-Ehtiyat hissələrinin uçotunu və inventar idarəetməsini həyata keçirmək.
-Təhkim olunmuş bütün işlərin icrası zamanı Əməyin Mühafizəsi və Təhlükəsizliyi (ƏMT) tələblərinə riayət etmək.
Oxşar vakansiyalar
Mexanika mühəndisi
Azinvest İnşaat • Bakı
Mexanik
ASSAN-STP Panel • Bakı
Elektrik Mühəndisi
Gilan Seramik • Hacıqabul
SƏTƏMM
Ata Pack MMC • Bakı
Offshore Mechanic Foreman (local candidates only)
IRES • Bakı
Offshore Mechanic
IRES • Bakı