Hayat Group MMC
Su şef aşpaz - Hayat Group MMC (Bakı, 2026)
1500 ₼
Vakansiya haqqında
Signora Cucina – İtalyan restoranı Bilgəh, Anburan Mall
Növbəli iş saatı
Nahar və nəqliyyat ilə təmin olunacaq
Həftədə 1 dəfə istirahət veriləcək
Əmək haqqı: 1500–2000 AZN
CV-lər "SU ŞEF AŞPAZ" başlığı altında [email protected] e-mail ünvanına göndərilsin.
Tələblər:
Azərbaycan və Rus dili bilikləri (İngilis dili arzuolunandır)
Çeşidli reseptlər haqqında yüksək səviyyədə bilik.
Vəzifə öhdəlikləri:
İtalyan mətbəxi üzrə Şef aşpaz Menyu tərtib edilməsi
Mətbəxin düzgün idarə olunmasını təşkil etmək və nəzarət etmək
Müştəriyə təqdim ediləcək yemək və qida məhsullarına nəzarət etmək, dadına baxmaq və son rəy bildirmək
Kadrların idarə edilməsi: vəzifələrin seçilməsi, yerləşdirilməsi, paylanması, keyfiyyətə nəzarət, iş sürəti, təcrübə, təlim, qiymətləndirmə; işə getmənin planlaşdırılması; tibbi müayinədən vaxtında keçməsinə və digər qaydalara əməl olunmasına nəzarət
Reseptlərə, xammalın qoyulması texnologiyasına, yarımfabrikatlar və hazır məhsulların istehsalına, onların keyfiyyətinə nəzarət
Xammal, yarımfabrikatlar, qablaşdırma və köməkçi materialların alınması və qəbulu
Xammalın keyfiyyətini, istehlak nisbətlərini təhlil və nəzarət etmək; xammal qalıqlarına, tullantıların faizinə, silinmə normalarına əməl olunmasına nəzarət
Qidanın saxlama qaydalarına riayət etmək; istifadə müddəti qaydalarına əməl etmək İstehsal avadanlıqlarının və inventarların istismarı qaydalarına əməl olunmasını təmin etmək və izləmək
Mal və material ehtiyatlarının təşkili və inventar aparılması, nəticələr barədə hesabat vermək
Növbənin qəbulu və təhvil verilməsi, təmizlik və yuyulma, istifadə olunmuş avadanlıqların dezinfeksiya edilməsi, iş yerlərinin, cihazların, inventarların təmizlənməsi işlərinin təşkili və nəzarəti İstehsal nəticələrinin təhlili, inkişafı və istehsal göstəricilərinin yaxşılaşdırılması üçün təkliflər vermək.
Oxşar vakansiyalar
Aşpaz köməkçisi (Emal zavodunda)
AZPROM • Abşeron
Ofisiant köməkçisi
Ganjali Plaza Hotel • Bakı
Gəlmə Turizim üzrə Tur Menecer
ERA TRAVEL LLC • Bakı
Gəlmə turizm üzrə menecer
CASPIREX TRAVEL • Bakı
Tour-Ticket Manager
Sis tour premium • Bakı
Tur meneceri
Yes Travel • Bakı