B

Baku Bus

Son tarix: 16 İyul 2026

Supervayzer

Logistika və TəchizatBakıTam Ştat16 İyun 202699

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Avtobusların daxili hissələrinin – döşəmə, tavan, oturacaqlar, sürücü kabinəsi və digər sahələrin təmizlik standartlarına uyğun şəkildə təmizlənməsinə gündəlik nəzarət etmək;
  • Təmizlik prosesinin təsdiq edilmiş kimyəvi vasitələr, alət və avadanlıqlardan düzgün istifadə olunmaqla, nəqliyyat vasitələrinə zərər verilmədən həyata keçirilməsini təmin etmək;
  • Təmizlik vasitələrinin, alət və avadanlıqların daşınması, istifadəsi və saxlanılması prosesinin müvafiq təlimatlara uyğun aparılmasına nəzarət etmək;
  • Podratçı şirkətlər tərəfindən avtobuslarda icra olunan təmizlik işlərinin keyfiyyətini yoxlamaq və aşkar edilən çatışmazlıqlar barədə aidiyyəti üzrə məlumat vermək;
  • Komanda üzvləri arasında iş bölgüsünü təşkil etmək, işin icra müddətinə və nəticəsinə nəzarət etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında, dəqiq və keyfiyyətlə yerinə yetirmək;
  • Əmək, daxili nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.

Tələb olunan biliklər və bacarıqlar

  • Komandaya nəzarət etmək və iş bölgüsünü effektiv aparmaq bacarığı;
  • Təmizlik işlərinin təşkili, koordinasiyası və keyfiyyətinə nəzarət üzrə anlayış;
  • Yüksək məsuliyyət, intizamlılıq və nəticəyönümlü yanaşma;
  • Operativ qərarvermə və yaranan problemləri vaxtında həll etmə bacarığı;
  • Ünsiyyət qurmaq və kollektivlə işləmək bacarığı;
  • İş prosesində dəqiqlik, diqqətlilik və keyfiyyətə nəzarət bacarığı;
  • Gecə növbəsində işləmək imkanı;
  • Stressə davamlılıq və operativlik;
  • Müvafiq sahə üzrə iş təcrübəsi üstünlük hesab olunur.

İş şəraiti

  • İş qrafiki: növbəli qrafik 
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək.

Tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı email-in mövzu hissəsində “Supervayzer” vəzifəsinin adının qeyd olunması xahiş olunur.

Qeyd: Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar