Avropa Azərbaycan Məktəbi
Sürücü
Müsahibə əsasında
Vakansiya haqqında
“Avropa Azərbaycan Məktəbi” Təhsil Kompleksi” MMC sürücü vəzifəsi üzrə işə qəbul olunmaq üçün müsabiqə elan edir:
Tabeçiliyi: Nəqliyyat üzrə koordinator
Tələblər:
- Sürücüluk vəsiqəsi (B, C, D kateqoriya)
- Avtobus sürücülük sahəsində minimum 5 il təcrübə;
- Müvafiq cədvəl üzrə işləmək bacarığı;
- Şagirdlər və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı;
- Müxtəlif millətlərin nümayəndələri ilə işləmək bacarığı;
- Şəxsi keyfiyyətləri: ciddi, məsuliyyətli, səliqəli, nizam-intizamlı;
- Azərbaycan dilində yüksək səviyyədə, rus dilində yaxşı və ingilis dilində orta səviyyədə danışmaq bacarığı.
- Xalqlar, Əhmədli və Həzi Aslanov ərazisində yaşayan şəxslərə üstünlük verilir.
Qeyd: Zəhmət olmasa, CV-də yaşayış ünvanını qeyd edin.
Vəzifə öhdəlikləri:
- Məktəbin təqdim etdiyi sifarişlərə əsasən avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
- Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
- Əmək intizamına, təhlükəsizlik texnikasına və yanğından mühafizə qaydalarına riayət etmək.
Maraqlanan şəxslər niyyət məktubu və təcrübəsini əks etdirən CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.
CV-ni göndərərkən elektron poçt ünvanının mövzu hissəsində sənədlərinizi hansı elan üzrə verdiyinizi qeyd edin. Telefon vasitəsilə əlavə məlumat üçün müraciətlərə baxılmayacaq. Yalnız sənədləri ilk mərhələdən keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiyalar
Dövlət Satınalmaları: Qanunvericilik və Praktiki Tətbiq Təlimi
PRO LOG Training Center • Bakı
Koordinator-dispetçer
AZ Logistika and Management Services • Bakı
Procurement Specialist
IRES • Bakı
Sürücü
Muxtaroglu-VM MMC • Bakı
Moto-kuryer
Caspident • Bakı
Satınalma üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis
Aqrar Tədarük və Təchizat • Bakı