1

166 yükdaşıma logistika şirkəti

Son tarix: 3 Dekabr 2026

Sürücü

Logistika və TəchizatBakıTam Ştat3 Noyabr 2026197

1500 ₼

Vakansiya haqqında

 Vakansiya: Qoşqulu özüboşaldan (E kateqoriya Samosval) və Beynəlxalq TIR Sürücüsü (E kateqoriyası)

Şirkət: “166 Yükdaşıma və Logistika”

Əməkhaqqı: 1500 - 2500 AZN (Görülən işə və reyslərin sayına bağlı olaraq)

Nəqliyyat parkı:Müasir və saz vəziyyətdə olan Mercedes-Benz Axor , DAF və MAN modelləridir.

Şirkət təklif edir:

  1. AR Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
  2. Rəqabətqabiliyyətli, artan və vaxtında ödənilən yüksək əməkhaqqı;
  3. Müasir və saz vəziyyətdə olan nəqliyyat parkı;
  4. Stabil iş və peşəkar komanda mühiti.

 

Tələblər:

  1. Yaş həddi: 25 - 60 yaş;
  2. Sürücülük vəsiqəsi: E kateqoriyası (mütləqdir);
  3. İş təcrübəsi: E kateqoriyası üzrə (Samosval və ya TIR idarəetməsində) minimum 1 il;
  4. Mercedes Axor və DAF və MAN markalı yük avtomobillərini idarə etmə bacarığı və texniki biliklər;
  5. Beynəlxalq reyslər üçün tələb olunan sənədlərin (Xarici pasport, Taxoqraf kartı (Çip) olması mütləqdir;
  6. Yol hərəkəti qaydalarını və beynəlxalq yükdaşıma normativlərini yaxşı bilmək;
  7. Məsuliyyətli, nizam-intizamlı və uzunmüddətli çalışmağa hazır olmaq.

Vəzifə öhdəlikləri:

  1. Ölkə daxilində: Qoşqulu özüboşaldan (Samosval) nəqliyyat vasitələrinin idarə edilməsi və daxili sifarişlərin yerinə yetirilməsi;
  2. Beynəlxalq xətlərdə: Əsasən Türkiyə və Rusiya istiqamətlərinə Tentli TIR nəqliyyat vasitələri ilə yüklərin təhlükəsiz və vaxtında çatdırılması;
  3. Nəqliyyat vasitəsinin texniki sazlığına və yükləmə/boşaltma prosesinə nəzarət edilməsi;
  4. Səfər sənədlərinin düzgün idarə olunması.

 

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar