1

166 Express MMC

Son tarix: 7 Sentyabr 2026

Sürücü (Depo)

Logistika və TəchizatBakıTam Ştat7 Avqust 202641

800

Vakansiya haqqında

Şirkətin təsviri:
166 EXPRESS MMC (166Cargo.az) -  Xarici ölkələrdən e-ticarət üzərindən sifariş edilən və eləcə də yerli bazarda fəaliyyət göstərən e-ticarət platformalarla tərəfdaşlıq əsasında bağlamaların ölkə daxilində çatdırılması ilə məşğuldur.


İş şəraiti:

İş günləri: Həftənin 1-6-cı günləri. Bazar günü: Qeyri-iş günü
İş vaxtı: 00:00-09:00
Ünvan : Bakı şəhəri, N.Nərimanov rayonu, Volodarski küçəsi 11
Əmək haqqı: 800AZN

Əlaqə nömrəsi : 0552023166-Natavan Yarıyeva

([email protected])
Ofis: Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, “Çinar park” biznes mərkəzi, bina 5 

Tələblər:

Oxşar işdə ən azı 3 il təcrübə 
BC kateqoriyalı sürücülük vəsiqəsi
Yaş həddi: 24-40

Vəzifə öhdəlikləri:

1. Avtomobil idarə etmək, yükləri təyinatı üzrə daşımaq və tapşırılan yerlərə vaxtında və zərərsiz şəkildə çatdırmaq;

2. Sifariş ünvanına gedərək daşınmanı həyata keşirmək;

3. Daşınmaları operativ, təhlükəsizlik prinsipləri əsasında həyata keçirmək;

4. Avtomobilin ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək;

 5. Yaranan nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək;

6. Nəqliyyat vasitəsinə texniki xidmət göstərmək və nəzarət etmək;

7. Hər ayın sonu aylıq yol vərəqində göstəricilərin düzgün yazılıb təhvil verilməsini təmin etmək;

8. Təhvil alınan mallarda hər hansı qüsur aşkar edildikdə bu barədə Təhvil-təslim aktında qeydlər aparmaq, yüklə birlikdə təhvil verilən yükə dair sənədləri, yazılı məlumatları və digər ləvazimatları qoruyub saxlamaq;

9. Yüklərin düzgün yüklənməsinə, bərkidilməsinə, daşınmasına və boşaldılmasına nəzarət etmək;

10. Ərazidə olduğu zaman ərazidə baş vermiş texniki nasazlıq, DYP tərəfindən yaranan nöqsanlar və avto qəzalar haqqında dərhal müvafiq rəhbərə məlumat vermək;

11. Nəqliyyat vasitəsinin təhlükəsiz şəkildə idarə edilməsi ilə bağlı tələbləri öyrənmək, başa düşmək və yerinə yetirmək;

12. Ehtiyac olduğu təqdirdə mütəmadi olaraq rayonlara səfərləri həyata keçirmək;

13. Sürücünün üzləşdiyi risklər ilə bağlı yol hərəkəti qaydalarına riayət etməyin əhəmiyyətini dərk etmək və nəqliyyat vasitəsini idarə edən zaman bu amili nəzərə almaq;

14. Avtomobilin vaxtlı-vaxtında yanacaqla təmin olunmasına nəzarət etmək;

15. Avtomobil yanacağından sui-istifadə hallarına yol verməmək;

16. Avtomaşında olan inventarı, bakda yanacağın səviyyəsini, işıq cihazlarını, şinlərin vəziyyətini yoxlamaq;

17. Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmaq;

18. Şirkətin strukturu və prinsiplərini öyrənmək, subordinasiya və etika qaydalarına riayət etmək;

19. Rəhbərlik tərəfindən işlə bağlı verilən digər tapşırıqları icra etmək;

Oxşar vakansiyalar