B
Booo.az
Təchizat üzrə mütəxəssis
800 ₼
Vakansiya haqqında
BOOO Group komandamıza istehsal, təchizat və operativ satınalma proseslərini həyata keçirəcək Təchizat üzrə mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri
İstehsal proseslərinin təşkili və nəzarəti
- Tədbirlər və layihələr üçün tələb olunan rekvizit, konstruksiya və digər məhsulların istehsal prosesini təşkil etmək;
- Usta, sex və digər istehsalçılarla işləmək, texniki tapşırığı düzgün ötürmək;
- İstehsalın qiymət, keyfiyyət və təhvil müddətinə nəzarət etmək;
- Hazır məhsulun ölçü, say və keyfiyyət baxımından sifarişə uyğunluğunu yoxlamaq;
- Zərurət olduqda istehsal prosesini yerində izləmək.
Yerində və operativ satınalmaların həyata keçirilməsi
- Layihələr üçün lazım olan material, avadanlıq və digər məhsulların bazarda araşdırılması;
- Tikinti bazarları, mağazalar, topdansatış məntəqələri və digər təchizatçılardan yerində alışların həyata keçirilməsi;
- Təcili ehtiyaclar zamanı tələb olunan məhsulun qısa zamanda tapılması və alınması;
- Qiymət və keyfiyyət müqayisəsi apararaq uyğun alış variantının seçilməsi;
- Alınan məhsulların vaxtında ofisə, anbara, istehsal sahəsinə və ya tədbir məkanına çatdırılmasının təşkili.
Təchizatçı və qiymət araşdırmaları
- Yeni təchizatçı, istehsalçı və ustaların tapılması;
- Müxtəlif təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
- Daha sərfəli alış və istehsal variantlarının müəyyən edilməsi;
- Daimi təchizatçı bazasının formalaşdırılması və yenilənməsi.
Material və anbar planlaması
- Layihələr üzrə tələb olunan material siyahılarının hazırlanması;
- Anbarda mövcud material və məhsulların yoxlanılması;
- Çatışmayan məhsulların vaxtında sifariş və ya satın alınmasının təmin edilməsi;
- Alınmış və istehsal edilmiş məhsulların aidiyyəti üzrə təhvil verilməsinə nəzarət.
Tədbirlər üzrə operativ texniki dəstək
- Tədbir öncəsi yarana biləcək təchizat ehtiyaclarının operativ həlli;
- Zərurət olduqda tədbir məkanında texniki və təchizat proseslərinə dəstək göstərmək;
- Regionlarda və həftəsonları keçirilən tədbirlərin iş rejiminə uyğunlaşmaq.
Hesabat və xərc nəzarəti
- Edilən alış və istehsal xərclərinin qeydiyyatını aparmaq;
- Qəbz, hesab və digər alış sənədlərinin düzgün şəkildə təqdim edilməsi;
- Xərclərin optimallaşdırılması üçün alternativ həllər təklif etmək;
- Görülmüş işlər üzrə rəhbərliyə məlumat və hesabat təqdim etmək.
Tələblər
- Operativ və həll yönümlü düşüncə qabiliyyəti;
- Bazar araşdırması və qiymət müqayisəsi bacarığı;
- Usta, istehsalçı və təchizatçılarla effektiv ünsiyyət qurmaq bacarığı;
- Riyazi və məntiqi düşüncə;
- Planlama və təşkilatçılıq bacarığı;
- Satınalma, təchizat, istehsal və ya logistika sahəsində iş təcrübəsi üstünlükdür;
- MS Excel və Google Sheets üzrə işləmə bacarığı;
- Telefon və yazılı ünsiyyət bacarıqlarının yaxşı olması;
- Regionlara səfər etmək və fleksibil iş qrafikinə uyğunlaşmaq imkanı;
- Sürücülük vəsiqəsinin olması üstünlükdür;
- Şəxsi avtomobilin olması arzuolunandır, lakin məcburi deyil.
Əmək haqqı və iş şərtləri
- Əmək haqqı: 800 AZN (gross)
- Sınaq müddəti: 1 ay
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Təchizat üzrə mütəxəssis qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
B
Bugün
Sürücü / Kuryer
Biopet.shop • Bakı
Tam Ştat
700 ₼Müraciət et
A
Bugün
Anbardar (Sea Breeze)
Azinvest İnşaat • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
Bugün
Sürücü
Ferrum Capital • Bakı
Tam Ştat
700 ₼Müraciət et
B
Bugün
Anbar köməkçisi
By Telecom • Abşeron
Tam Ştat
500 ₼Müraciət et
O
Dünən
Sürücü-ekspeditor
OBA marketlər şəbəkəsi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
G
22 Avqust 2026
Anbar Məlumat Bazası üzrə Nəzarətçi
Giltex • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et