Baku Design Academy
Təhsil işləri üzrə mütəxəssis
800 ₼
Vakansiya haqqında
BDA – Azərbaycanın aparıcı yaradıcı təhsil mərkəzidir. Beynəlxalq standartlarda peşə təhsili və beynəlxalq sertifikasiyalar (Adobe, Microsoft, Autodesk, Cisco, PMI və s.) təqdim edir. Ölkədən qlobal yarışlarda potensiallı namizədlərin iştirakını təmin edir və yerli istedadların beynəlxalq səviyyədə tanınmasına dəstək olur.
Bu rolda əsas məqsəd müəllim və tutor heyətinin effektiv idarə olunmasını, tədris prosesinin fasiləsiz və keyfiyyətli təşkilini və bu proseslə bağlı bütün koordinasiya işlərinin sistemli şəkildə aparılmasını təmin etməkdir.
Bu rolun əsas fokusunda müəllimlərlə gündəlik kommunikasiya və koordinasiya dayanır. Rol sahibi müəllim və tutor heyəti ilə münasibətlərin idarə edilməsindən tutmuş dərs prosesinin, cədvəllərin, davamiyyətin, keyfiyyətin və müvafiq hesabatların nəzarətdə saxlanılmasına qədər tədris prosesinin əsas koordinasiya nöqtələrindən biri olacaq.
Əsas vəzifələr:
- Müəllim və tutor heyəti ilə mütəmadi ümumi və birebir görüşlərin keçirilməsi, onların təklif və iradlarının dinlənilməsi, yaranan problemlərin həll edilməsi və uzunmüddətli əməkdaşlığın təmin olunması;
- Yeni müəllim və tutorların axtarışı və seçimi, demo dərslərinin təşkili, onboarding prosesinin idarə edilməsi və daxili qaydalarla tanışlığının təmin olunması;
- Yeni qruplar üzrə müəllimlərin müəyyənləşdirilməsi, dərs və əvəz dərslərinin tarix, saat və otaq üzrə koordinasiyası və tədris cədvəlinin operativ idarə olunması;
- Tədris prosesinin LMS üzərindən gündəlik izlənilməsi — müəllimlərin dərsləri, cədvəlləri və davamiyyətlərinin yoxlanılması və təsdiqlənməsi, keçirilmiş/qalan dərslərin və digər tədris məlumatlarının sistemdə düzgün əks olunmasına nəzarət;
- Tədris keyfiyyətinin artırılması üçün sillabusların yenilənməsi və inkişaf etdirilməsi prosesinin koordinasiyası, tələbə və müəllim sorğularının nəticələrinin təhlili və əsas nəticələrin rəhbərliyə təqdim edilməsi;
- Müəllim və tutorların aylıq dərs saatlarının, keçirilmiş/qalan dərslərinin və Lab Day iştiraklarının hesablanması və təsdiqlənərək mühasibatlığa yönləndirilməsi;
- LMS və daxili idarəetmə sistemlərinin inkişafı üçün texniki ehtiyacların müəyyənləşdirilməsi, funksional tələblərin hazırlanması və proqramlaşdırma komandası ilə koordinasiyanın aparılması;
- Çətin və həssas akademik və inzibati situasiyaların operativ, diplomatik və həll yönümlü şəkildə idarə olunması.
Namizəddən gözləntilərimiz:
- Təhsilin idarə olunması və ya inzibati koordinasiya sahəsində minimum 2–3 il real iş təcrübəsi;
- Müəllim, tutor və ya digər tədris heyəti ilə işləmək və çoxsaylı prosesləri paralel koordinasiya etmək təcrübəsi;
- Güclü kommunikasiya və münasibət qurmaq bacarığı — müxtəlif xarakterli müəllimlərlə peşəkar və etibarlı əməkdaşlıq qurmaq;
- Güclü problem həll etmə və konfliktlərin idarə olunması bacarığı, çətin situasiyalarda diplomatik və nəticəyönümlü yanaşma;
- Yüksək təşkilatçılıq, operativlik və detallara diqqət; cədvəl, dərs saatları və paralel proseslərlə dəqiq işləmək bacarığı;
- LMS, CRM və ya digər daxili idarəetmə sistemləri ilə işləmək və yeni texnologiyalara sürətli adaptasiya olmaq bacarığı;
- Texniki sistemlərin məntiqini anlamaq və proqramlaşdırma komandası üçün aydın task/brief hazırlaya bilmək;
- Məlumat və hesabatlarla işləmək, rəqəmləri düzgün analiz etmək və nəticələr əsasında təkliflər hazırlamaq bacarığı;
- Təşəbbüskarlıq göstərmək, ehtiyacları öncədən görmək və onların həlli üçün konkret addımlar təklif etmək;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi nitq (Rus dili biliyi üstünlükdür).
Əmək haqqı: 800-1000 Azn nəzərdə tutulub və namizədin potensialına görə dəyişə bilər.
Maraqlanan namizədlərdən CV-lərini “Təhsil işləri üzrə mütəxəssis - Ad Soyad” mövzu başlığı ilə, həmçinin arzu etdikləri əmək haqqı aralığını (minimum və maksimum məbləğ) qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
SAT müəllimi
British Academy • Bakı
Müşahidə kameraları üzrə operator (İbtidai Məktəb)
Avropa Azərbaycan Məktəbi • Bakı
Model
Educat.company • Bakı
RFO (Respublika Fənn Olimpiadası) hazırlıq üzrə İnformatika müəllimi
Maestro School • Bakı
General English Instructor
Glodemia • Bakı
İnkişaf mentoru
EDUGrata Təhsil Mərkəzi • Bakı