OBA marketlər şəbəkəsi
Təmizlik Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
İstehsalat və Texnologiya tərəfi:
- İstehsalat təcrübəsi ilə nəzarət: Təmizlik kateqoriyasındakı (maye qab yuyan, yuyucu tozlar, kağız vasitələri, uşaq bezləri və ümumi təmizlik vasitələri xlor və.s) məhsulların istehsalat sahələrini, zavod daxili xətlərini və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.
- Reseptura və Kimyəvi daxilolma: Məhsulların kimyəvi komponentlərini, aktiv maddə faizlərini və formulunu (resepturasını) mükəmməl bilmək, fabrikin təqdim etdiyi keyfiyyətin standartlara uyğunluğunu (pH, qatılıq, qoxu və s.) texnoloji cəhətdən yoxlamaq.
- Xammal auditi: Xammal növlərini və bazar qiymətlərini təhlil edərək, istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.
Satınalma və Kommersiya tərəfi:
- Strateji satınalma: Təmizlik kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.
- Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.
- Maya dəyərinin (Cost) idarə edilməsi: İstehsal xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.
İş qrafiki: 5 günlük, 09:00-18:00
Tələblər
Təhsil: Ali təhsil (Kimya mühəndisliyi, Kimya texnologiyası və ya müvafiq texniki sahə mütləqdir).
Təcrübə:
- mütəxəssisi kimi işləmiş (keçmiş təcrübəsi olan);
- Pərakəndə satış (Retail) və ya FMCG sektorunda Satınalma / Kateqoriya idarəedilməsi sahəsində( Təmizlik/Məişət kimyası sahəsində birbaşa istehsalatda/zavodda texnoloq istiqamətində ) minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi,
Sektor və Bazar Biliyi: Həm pərakəndə sektorunu (müştəri tələbi, rəf idarəçiliyi), həm də kimya sənayesinin istehsalat qaydalarını eyni dərəcədə yaxşı bilmək.
Keyfiyyət və kimyəvi təhlükəsizlik: ISO 9001, ISO 22716, MSDS/SDS idarə olunması, kimyəvi təhlükə analizi prinsipləri, sanitariya-gigiyena, məhsulun fiziki-kimyəvi keyfiyyət göstəriciləri üzrə praktiki biliklərə malik olmaq.
Dil Bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və ya Rus dili (mütləqdir).
Şəxsi Keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Nəqliyyat xidməti.
- Karyera yüksəlişi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
Ofis meneceri
British Academy • Bakı
Офицер службы безопасности
Carlsberg Azerbaijan • Bakı
Kargüzar Təcrübəçi Proqramı
Grinco • Bakı
Texniki ofis əməliyyatçısı
Capital Construction MMC • Bakı
Помощник менеджера по проектам
Sos Media AZ • Bakı
Office Manager / Travel Operations Assistant
GEO Travel QSC • Bakı