C

Capital Construction MMC

Son tarix: 7 Noyabr 2026

Texniki ofis əməliyyatçısı

İnzibati İşlərBakıTam Ştat7 Oktyabr 202637

600 ₼

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Qiymət razılaşma protokollarının elektron formada hazırlanmasını və qeydiyyata alınmasını təmin etmək;
  • Naryadların arxivləşdirilməsini təmin etmək;
  • Görülmüş işlərin (naryadların) çap olunmasını, imzalanmasını və göndərilməsini təmin etmək;
  • Zərurət yarandıqda köhnə məlumat bazasından yeni bazaya məlumatların köçürülməsini həyata keçirmək;
  • Bölmədə çalışan mühəndislərə dəstək göstərmək və kollektiv iş prosesində səmərəli əməkdaşlığı təmin etmək;
  • Layihə komandası və digər struktur bölmələri ilə texniki və sənədləşmə məsələləri üzrə koordinasiyalı şəkildə işləmək;
  • Bölmə üzrə sənədlərin 1C proqramına işləmək;
  • Bilavasitə rəhbəri tərəfindən müəyyən edilmiş dövrlər üzrə, eləcə də tələb olunduğu hallarda hesabatların hazırlanmasını və təqdim olunmasını təmin etmək;

Namizədə tələblər:

  • Ali təhsil (Mühəndislik üzrə arzuolunandır)
  • Tikinti şirkətində iş stajı 
  • 1C proqramı ilə işləmə bacarığı
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Analitik düşünmə, hesablama və sənədlərlə dəqiq işləmə bacarığı
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü iş prinsipi
  • Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı

İş şəraiti: 

  • İş yeri: Nəsimi r., C. Məmmədquluzadə küç.
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • 600 - 800 manat (Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır.)

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Texniki ofis əməliyyatçısı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar