T

TAİS İKF

Son tarix: 9 Noyabr 2026

Təmizlik meneceri (Cleaning Manager)

İnzibati İşlərBakıTam Ştat9 Oktyabr 2026102

Müsahibə əsasında

Vakansiya haqqında

TAİS İKF MMC komandamıza peşəkar və təcrübəli Təmizlik meneceri (Cleaning Manager) axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin bütün inzibati, istehsalat və ümumi istifadə sahələrində təmizlik işlərinin planlaşdırılması, təşkili və nəzarətini həyata keçirmək
  • Təmizlik heyətinin gündəlik fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və iş qrafiklərini hazırlamaq
  • Təmizlik standartlarının və sanitariya-gigiyena qaydalarının tətbiqini təmin etmək
  • Təmizlik işlərinin keyfiyyətinə mütəmadi nəzarət etmək, aşkar edilmiş nöqsanların operativ şəkildə aradan qaldırılmasını təmin etmək
  • Təmizlik işlərində istifadə olunan avadanlıq, inventar, yuyucu və dezinfeksiyaedici vasitələrin düzgün istifadəsinə nəzarət etmək
  • Təmizlik materiallarının ehtiyac planlamasını aparmaq, ehtiyatların izlənilməsini və vaxtında sifariş edilməsini təmin etmək
  • Təmizlik heyətinin işə adaptasiyası, təlimləndirilməsi və fəaliyyətinin qiymətləndirilməsi proseslərində iştirak etmək
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitariya qaydalarına riayət olunmasını təmin etmək
  • Podratçı təmizlik şirkətləri ilə əməkdaşlığı koordinasiya etmək və göstərilən xidmətlərin keyfiyyətinə nəzarət etmək
  • Rəhbərlik tərəfindən tələb olunan hesabatları hazırlamaq və təqdim etmək
  • Təmizlik proseslərinin optimallaşdırılması və xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflər vermək
  • Şirkətin korporativ standartlarına uyğun təmiz, təhlükəsiz və səliqəli iş mühitinin qorunmasını təmin etmək
  • Daxili auditlər, dövlət qurumları tərəfindən keçirilən yoxlamalar və sertifikatlaşdırma prosesləri zamanı təmizlik sahəsi üzrə tələb olunan sənədləri hazırlamaq və dəstək göstərmək
  • Şirkətin əmlakının, inventarlarının və iş mühitinin qorunmasına dəstək göstərmək, aşkar edilmiş texniki və sanitariya problemləri barədə aidiyyəti şöbələri məlumatlandırmaq

Namizədə tələblər:

  • Ali və ya müvafiq sahə üzrə peşə təhsili
  • Təmizlik xidmətlərinin idarə olunması sahəsində minimum 3 il iş təcrübəsi
  • Sanitariya, gigiyena və təmizlik standartları barədə biliklər
  • Təmizlik proseslərinin planlaşdırılması, nəzarəti və hesabatlılığının aparılması bacarığı
  • Problemlərin operativ həlli, qərarvermə və təşkilatçılıq bacarıqları
  • Yüksək məsuliyyətlilik, intizamlılıq və nəticəyönümlülük
  • Komandada işləmək və kollektivi idarə etmək bacarığı

İş şəraiti:

  • 6 günlük iş qrafiki
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
  • Dinamik və peşəkar iş mühiti
  • Əmək haqqı müsahibə əsasında müəyyən edilir

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Təmizlik meneceri (Cleaning Manager)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar