GKO Construction
Tender və Biznes İnkişafı üzrə Mütəxəssis
1000 ₼
Vakansiya haqqında
Tender və biznes inkişafı üzrə mütəxəssis.
GKO Construction tikinti şirkəti komandamıza tenderlərin axtarışı, təhlili və tam tender prosesinin idarə olunması üzrə təcrübəli mütəxəssis axtarır.
Üstünlük
• Tikinti şirkətlərində tender mütəxəssisi kimi iş təcrübəsi olan namizədlərə;
• Böyük dövlət və özəl tenderlərdə iştirak etmiş namizədlərə;
• Tenderin axtarışından başlayaraq sənədlərin hazırlanması və təqdim edilməsinə qədər bütün prosesi müstəqil idarə edə bilən namizədlərə.
Əgər siz uyğun tenderləri müstəqil şəkildə tapa, sənədləri analiz edə və şirkətin tenderdə iştirak prosesini başdan sona idarə edə bilirsinizsə, CV-nizi gözləyirik.
Tələblər:
• Tender sahəsində ən azı 2 il iş təcrübəsi;
• Tikinti sahəsində tenderlər üzrə iş təcrübəsi üstünlükdür;
• Dövlət və özəl tender prosedurlarını yaxşı bilmək;
• E-tender platforması ilə işləmə bacarığı;
• Tender sənədlərinin hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə;
• Tender sənədlərinin strukturunu və tələblərini yaxşı başa düşmək;
• Azərbaycan Respublikasında tender və satınalma prosedurları barədə məlumatlı olmaq;
• MS Office proqramlarında yaxşı işləmək;
• Azərbaycan dili – əla;
• Rus dili – yaxşı səviyyədə;
• İngilis dili – üstünlükdür;
• Analitik düşüncə, diqqətlilik və yüksək məsuliyyət;
• Son tarixlərə riayət etmək və bir neçə tenderi paralel idarə etmək bacarığı.
Vəzifə öhdəlikləri:
• Dövlət və özəl tenderlərin mütəmadi olaraq axtarılması və şirkət üçün uyğun tender imkanlarının müəyyənləşdirilməsi;
• E-tender və digər tender platformalarının gündəlik monitorinqi;
• Tikinti, təmir və infrastruktur layihələri üzrə tenderlərin araşdırılması və qiymətləndirilməsi;
• Tender sənədlərinin, texniki tapşırıqların və tələblərin ətraflı öyrənilməsi;
• Tenderdə iştirak üçün tələb olunan sənədlərin hazırlanması və düzgün şəkildə toplanmasının təşkil edilməsi;
• Tender sənədlərinin son tarixlərə uyğun hazırlanması və təqdim edilməsi;
• Tender təkliflərinin hazırlanması prosesinin koordinasiyası;
• Şirkətin digər struktur bölmələri ilə koordinasiya: mühəndislər, smeta mütəxəssisləri, mühasibatlıq və rəhbərlik;
• Tender şərtlərinin, müqavilə layihələrinin və digər sənədlərin təhlili;
• Tender nəticələrinin izlənilməsi və hesabatların hazırlanması;
• Yeni tender və biznes imkanlarının araşdırılması;
• Rəqiblərin və bazarın monitorinqi.
Oxşar vakansiyalar
Satış üzrə aparıcı mütəxəssis (əmlak)
Azersun Holding • Bakı
Rezervasiya üzrə agent
Sapphire Hotels Group • Bakı
Satış Meneceri
Titan Electronics • Bakı
Marketinq layihələrinin idarə edilməsi üzrə mütəxəssis
Baku Electronics • Bakı
SMM menecer
Company • Bakı
Satıcı
Modern Auto 773 MMC • Bakı