F

Ferrum Capital

Son tarix: 25 Sentyabr 2026

Tətbiqlərə dəstək üzrə mütəxəssis (Application Supporter)

İnformasiya TexnologiyalarıBakıTam Ştat25 Avqust 202671

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Tətbiqlərə dəstək üzrə mütəxəssis (Application Supporter) vakansiyası elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Vəzifə öhdəlikləri:

  • Daxil olan texniki insident və sorğuları operativ şəkildə qəbul etmək, problemi müəyyən edərək ilkin dəstəyi təmin etmək;
  • Sistem və tətbiq loqlarını (log oxuma), həmçinin Java exception stack trace-lərini analiz edərək xətanın haradan qaynaqlandığını təyin etmək;
  • SQL sorğuları vasitəsilə məlumatları yoxlamaq və səlahiyyəti çərçivəsində mövcud problemləri birbaşa həll etmək;
  • Problemin həlli üçün kod səviyyəsində dəyişiklik (development) tələb olunduqda və ya mürəkkəb texniki məsələni sənədləşdirərək developer komandasına yönləndirmək;
  • İstifadəçilərdən və digər şöbələrdən gələn sorğulara peşəkar şəkildə cavab vermək, prosesi izləmək.

Tələblər

  • RDBMS (Oracle, PostgreSQL və ya MySQL) üzrə orta səviyyədə SQL bilikləri (sorğu yazmaq və məlumat bazasında analiz aparmaq);
  • Java tətbiqlərinin loqlarını, xətalarını və əsas iş prinsipini oxuyub anlamaq bacarığı;
  • Analitik düşünmə, problemi tez izolyasiya etmə və operativ qərar qəbul etmə qabiliyyəti;
  • Texniki problemlərin qeydiyyatı və eskalasiya prosesləri üzrə ilkin iş təcrübəsi.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar