Beast Group MMC
Texnik-fəhlə
Vakansiya haqqında
TEXNİKİ İŞÇİ
Restoranlar şəbəkəmiz üçün gündəlik texniki və təsərrüfat işlərinin həyata keçirilməsini təmin edəcək Texniki işçi axtarırıq.
İş yeri: Beast Catering (Ağ şəhər)
İş qrafiki: Tam
Əmək haqqı: Müsahibə əsasında
Vəzifə öhdəlikləri:
Restoran ərazisində yaranan xırda texniki nasazlıqların aradan qaldırılması;
Sınmış və ya boşalmış stulların, masaların və digər mebellərin təmiri;
Qapı, pəncərə, ruçka, kilid, menteşə və digər mexaniki hissələrin təmiri və dəyişdirilməsi;
Xırda boya və rəngləmə işlərinin görülməsi;
Restoran daxilində müxtəlif texniki və təsərrüfat işlərinin yerinə yetirilməsi;
Avadanlıq və inventarlarda yaranan xırda nasazlıqların ilkin şəkildə aradan qaldırılması;
Görülən işlər zamanı təhlükəsizlik və iş qaydalarına riayət edilməsi;
Daha mürəkkəb texniki nasazlıqlar barədə məsul şəxsə məlumat verilməsi və zəruri hallarda kənar ustanın işinə nəzarət edilməsi.
Namizədə tələblər:
Texniki və təmir işləri üzrə praktiki bacarıqlar;
Santexnika, mebel, mexaniki və xırda təmir işlərində təcrübə;
Əl alətlərindən düzgün istifadə etmək bacarığı;
Məsuliyyətli, çevik və operativ olmaq;
Problemi müəyyənləşdirib uyğun həll yolu tapmaq bacarığı;
Restoran və ya iaşə sahəsində texniki iş təcrübəsi üstünlükdür.
Maraqlanan şəxslər CV-lərini mütləq vakansiyanın adını qeyd edərək 050 335 79 59 nömrəsinə göndərə bilər.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Oxşar vakansiyalar
Nasos Servisi üzrə Texnik-Mexanik
HHTECH MMC • Bakı
SƏTƏM üzrə mütəxəssis (Biləsuvar, İmişli, Hacıqabul)
Azersun Holding • Biləsuvar
Nəqliyyat vasitələrinin təmiri üzrə mühərrikçi mexanik
AZ Logistika and Management Services • Bakı
Fəhlə
Yol Nişan MMC • Bakı
Təmir İşləri üzrə Mütəxəssis
Azersun Holding • Bakı
Elektronika mütəxəssisi
İstinad Electronics • Bakı