B

Buta Agro

Son tarix: 18 Sentyabr 2026

Texniki mühəndis (Zirə)

MühəndislikBakıTam Ştat19 Avqust 202695

Müsahibə əsasında

Vakansiya haqqında

Təcili olaraq aşağıdakı şərtlər üzrə “Texniki mühəndis” (Zirə) tələb olunur.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri,Xəzər yayonu, Zirə qəsəbəsi
  • İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Vəzifə öhdəlikləri

  • İstixanada olan qurğuların, avadanlıqların, mexanizmlərin texniki vəziyyətinin daim yoxlanmasında və aşkar olunan nasazlıqların operativ surətdə aradan qaldırılmasını təmin edir;
  • İstixana ərazisində, nasosxanada, çən parklarında, qazanxanada, kompressor otağı və digər mexaniki qurğu və avadanlıqların normal və təhlükəsiz  işləməsini təmin edir;
  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə,  tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
  • Təmirin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə, qurğuların texniki vəziyyətinə nəzarət edir;
  • Qaz təhlükəli yerlərdə: nasosxanalarda, qazanxanda və hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsinə bilavasitə nəzarət edir;
  • Avadanlıqların və qurğuların təmirində, qulluq edilməsində istifadə olunan ehtiyat hissələrinin və mal-materialın təyinatı üzrə sərf olunmasına, onların saxlanılmasına nəzarət edir;
  • Təmir və montaj işlərinin görülməsi üçün istifadə edilən alət və vasitələrin saz vəziyyətdə saxlanılmasını təmin edir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edir;
  • Xidmət edilən qurğunun prinsipial texnoloji sistemini və kommunikasiyaların sxeminin qorunub saxlanmasını təmin edir;
  • Avadanlıqların texniki xarakteristikasına, konstruktiv xüsusiyyətlərinə, iş rejiminə, onların istismar qaydalarına uyğun istifadəsini təşkil və təmin edir;
  • Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirir.

Təhsil və iş təcrübəsi

  • Ali təhsil
  • Minimum 2 il Texniki mühəndis vəzifəsi üzrə təcrübə (İstixana üzrə iş təcrübəsi olmağı üstünlükdür)

Bacarıq və səriştələr

  • İstixana avadanlıqları ilə işləmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik.

Təminatlar:  

  • Nəqliyyat və naharla təmin edilir.

Bilməlidir

  • İstixana avadanlıqları ilə işləməyi;
  • Texniki xidmət ilə bağlı daxili nizam-intizam qaydalarını;
  • Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat  sanitariyasının,  mülki  müdafiənin  norma  və  qaydalarını, qəza halları zamanı fəaliyyətlərini.

Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Texniki mühəndis (Zirə)” qeyd etməyi unutmayın.

Oxşar vakansiyalar