R

Real İnşaat MMC

Son tarix: 5 Sentyabr 2026

Texniki ofis mühəndisi

İnşaat və MemarlıqBakıTam Ştat5 Avqust 202655

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas öhdəliklər:

  • Tikinti layihələrinin işçi çertyojlarını (Shop Drawings) və icra sxemlərini (As-Built) nəzərdən keçirmək və hazırlamaq.
  • İş həcmlərinin (BoQ – Bill of Quantities) və smetaların çıxarılması, yoxlanılması və yenilənməsini həyata keçirmək.
  • Podratçı və subpodratçıların gördüyü işlərin həcmlərini yoxlamaq, Forma №2 (yerinə yetirilmiş işlər aktı) və hesabatları hazırlamaq/təsdiqləmək.
  • Layihə sənədləri ilə tikinti meydançası arasındakı uyğunsuzluqları aşkar etmək, RFI (Request for Information) tələblərini hazırlamaq.
  • Satınalma şöbəsi üçün material və avadanlıq spesifikasiyalarını, texniki tələbləri hazırlamaq və material təkliflərini yoxlamaq.
  • Tikinti prosesinin qrafikə (Primavera / MS Project) uyğunluğuna nəzarət etmək və həftəlik/aylıq tərəqqi hesabatlarını (Progress Report) hazırlamaq.
  • Sifarişçi, layihəçi və subpodratçılarla texniki məsələlər üzrə rəsmi yazışmaları və koordinasiyanı aparmaq.

Namizədə olan tələblər:

  • Təhsil: İnşaat mühəndisliyi və ya Sənaye və mülki tikinti sahəsində ali təhsil.
  • Təcrübə: Tikinti layihələrində Texniki Ofis Mühəndisi kimi minimum 5 il iş təcrübəsi.

Proqram bilikləri:

  • AutoCAD – əla səviyyədə (çertyojların oxunması və çəkilməsi).
  • MS Excel – əla səviyyədə (iş həcmləri və smetaların təhlili üçün).
  • MS Project / Primavera P6 və ya Revit bilikləri arzuolunandır.
  • Biliklər: Tikinti normativləri (SNiP, AzDTN), tikinti materialları və texnologiyaları haqqında dərin biliklər.
  • Bacıraqlıqlar: Analitik təfəkkür, detallara diqqət, komandada işləmək və sənədləşmə ilə dəqiq işləmək bacarığı.

Ünvan - Ofis Ünvan Svetlana Məmmədova 203c

Əlaqə  +994512059867

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar