G

Glassica

Son tarix: 28 Avqust 2026

Texnoloji proseslərin avtomatlaşdırılması üzrə mühəndis – Sumqayıt

MühəndislikSumqayıtTam Ştat28 İyul 202652

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • İş növbəsi üzrə avadanlığın təhvil–təslim prosesini həyata keçirmək, istehsalın fasiləsizliyini təmin etmək;
  • Şüşə butulka istehsal xəttində alçaq gərginlikli elektrik veriliş xətləri, avtomatika siqnal dövrələri və idarəetmə panellərinin diaqnostik müayinəsini aparmaq;
  • Avadanlıq və elektrik sistemlərində nasazlıqları aşkar etmək, təmir işlərini həyata keçirmək və istehsalın təhlükəsizliyini təmin etmək;
  • Elektrik lövhələri və bloklarda quraşdırılmış avtomatik idarəetmə və tənzimləmə avadanlıqlarını diaqnostik etmək, sazlamaq və quraşdırmaq;
  • Nəzarət-ölçü cihazları və sensorların kolibrasiyasını, texniki baxışını, sazlanmasını və istismara verilməsini həyata keçirmək;
  • İstehsal xətlərində preventiv baxış və rutin texniki xidmət işlərini aparmaq, vizual və funksional yoxlamalar keçirmək;
  • Avadanlıqların təmizliyi, yağlanması və qorunması üzrə əməliyyat işlərini təşkil etmək;
  • İstehsal prosesində yaranan qəza və texniki problemləri operativ şəkildə aradan qaldırmaq;
  • Təmir və baxış işlərinin sənədləşdirilməsi, protokolların hazırlanması və istehsal rəhbərliyinə təqdim olunmasını təmin etmək;
  • Yeni avadanlıqların quraşdırılması, köhnə avadanlıqların modernləşdirilməsi və istehsal prosesinin optimallaşdırılmasında iştirak etmək;
  • Proseslərin avtomatlaşdırılması və optimallaşdırılması üçün təkliflər hazırlamaq və həyata keçirmək, avadanlıqların SCADA, sensor və avtomatika sistemlərinə inteqrasiyasını dəstəkləmək;
  • İşçi heyətinə texniki dəstək vermək və avadanlıqların düzgün işləməsi üçün təlimatlara riayət edilməsini nəzarət etmək;
  • Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək, istehsalda risklərin qarşısını almaq;
  • Müvafiq elektrik sxemləri və avtomatika sənədlərini oxumaq, təhlil etmək və tətbiq etmək

Tələblər:

  • Müvafiq sahə üzrə texniki təhsil;
  • NÖC və avtomatika sahəsində iş təcrübəsi;
  • Elektrik sxemlərini oxuma bacarığı;
  • Məsuliyyətlilik və komandada işləmək bacarığı.

İş şəraiti:

  • İş rejimi: 08:00–17:00 (Şənbə və Bazar – istirahət günləri)
  • İş yeri Sumqayıt
  • Nahar əvəzi əlavə ödəniş
  • Servis xidməti mövcuddur
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək

CV-lərinizi mövzu hissəsində “Texnoloji proseslərin avtomatlaşdırılması üzrə mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar