P
PN Holding
Tibbi Nümayəndə - Kabrita
Müsahibə əsasında
Vakansiya haqqında
Əsas vəzifələr:
- Şirkətin məhsulları haqqında yüksək səviyyədə biliklərə sahib olmaq və onları Bakı şəhəri və bölgələr ərazisində effektiv şəkildə tanıtmaq.
- Gündəlik həkim ziyarətləri və əvvəlcədən razılaşdırılmış tədbirlər (təlimlər, dəyirmi masalar, konfranslar, sərgilər və s.) çərçivəsində aptek əməkdaşları və həkimlər üçün məhsullar üzrə təlim proqramlarının təşkili və keçirilməsi.
- Satış hədəflərinin yerinə yetirilməsini təmin etmək.
- Şirkətin strategiyasına uyğun olaraq müntəzəm ziyarətlər vasitəsilə aptek müdirləri, şöbə rəhbərləri və digər səhiyyə işçiləri ilə əlaqələrin qurulması, inkişaf etdirilməsi və davamlı saxlanılması.
- Ərazidəki apteklərdə tövsiyə olunan məhsul assortimentinin mövcudluğunu təmin etmək, hər bir aptek üçün optimal məhsul ehtiyatı üzrə tövsiyələr vermək, həmçinin şirkət məhsullarının apteklərdə mövcudluğunu və stok səviyyəsini idarə etmək.
Əsas tələblər:
- Ali əczaçılıq və ya tibb təhsili.
- Apteklər və ya həkimlərlə analoji vəzifədə minimum 1- il iş təcrübəsi.
- Müştəriyönümlü yanaşma.
- Güclü ünsiyyət və təqdimat bacarıqları.
- Məsuliyyətli, intizamlı və öyrənməyə açıq olmaq.
- Böyük həcmdə məlumatla işləmək bacarığı.
- Nəticəyönümlülük və yüksək iş göstəricilərinə nail olmaq istəyi.
- Word, PowerPoint və Excel proqramlarında sərbəst işləmək bacarığı.
- B kateqoriyalı sürücülük vəsiqəsi.
Biz təklif edirik:
- Kabrita, Windi, Dentinale, NoseFrida kimi tanınmış beynəlxalq brendlərin rəsmi nümayəndəliyi çərçivəsində işləmək imkanı;
- Maraqlı iş mühiti və müxtəlif layihələrdə iştirak imkanı;
- Sabit və etibarlı şirkətdə rəqabətqabiliyyətli əməkhaqqı;
- Əmək qanunvericiliyinə tam uyğun rəsmi işə qəbul;
- Şirkət daxilində peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Beynəlxalq şirkətdə çalışmaq təcrübəsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
Gecə növbəsi əczaçı
Avis Apteklər Şəbəkəsi • Bakı
Tam Ştat
600 ₼Müraciət et
P
Bugün
Tibbi Nümayəndə - Lactoflorene
PN Holding • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Əczaçı (gecə növbəsi)
AVİS Tibbi Marketlər Şəbəkəsi • Bakı
Tam Ştat
600 ₼Müraciət et
R
Dünən
Korporativ Satış üzrə Mütəxəssis (Tibbi Xidmətlər)
Referans CLC • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
M
Dünən
Biznesin inkişafı üzrə Menecer (Tibbi)
Makromed • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
P
Dünən
Qrup Rəhbəri (pediatriya qrupu üçün)
PASHA-K • Bakı
Tam Ştat
900 ₼Müraciət et