S

Socar Cape

Son tarix: 10 İyul 2026

Tikinti işləri üzrə Sahə Müfəttişi

İnşaat və MemarlıqBakıTam Ştat10 İyun 202635

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Tikinti, təmir, taxtabənd və boya işlərinin layihə sahəsində icrasına nəzarət etmək
  • Sahədə aparılan işlərin layihə sənədlərinə, texniki tələblərə və qüvvədə olan təhlükəsizlik qaydalarına uyğunluğunun təmin edilməsi
  • Podratçı və subpodratçıların, eləcə də sahə işçilərinin fəaliyyətinin koordinasiyası
  • Layihə planına və təsdiq olunmuş iş qrafikinə uyğun icraya nəzarət edilməsi
  • Material və avadanlıqların təyinatı üzrə və düzgün istifadəsinə nəzarət
  • Əməyin mühafizəsi, iş təhlükəsizliyi və ətraf mühit (SƏTƏM/HSE) tələblərinə əməl olunmasının təmin edilməsi
  • Texniki uyğunsuzluqların aşkar edilməsi, sənədləşdirilməsi və aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi
  • Təmir-tikinti işlərinin layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələrə və digər normativ sənədlərə uyğun təşkilinin təmin edilməsi

Tələblər

  • Sahə nəzarətçisi / Tikinti işləri üzrə sahə nəzarətçisi vəzifəsində minimum 5–8 il iş təcrübəsi
  • Beynəlxalq layihələr üzrə minimum 2 il iş təcrübəsi
  • Tikinti və təmir işləri üzrə praktik bilik və bacarıqlar
  • NEBOSH IGC və ya ona ekvivalent beynəlxalq SƏTƏM (HSE) ixtisası
  • NEBOSH  sertifikatına üstünlük verilir
  • Layihənin beynəlxalq xarakteri nəzərə alınaraq xarici vətəndaşlara üstünlük verilir

Təklif olunur

  • Əmək haqqı: razılaşma əsasında
  • İş şəraitinə uyğun avadanlıq və texniki dəstək
  • Peşəkar inkişaf və beynəlxalq layihələrdə iştirak imkanları

Müraciət qaydası

Vakansiyaya uyğun namizədlər CV-lərini mövzu hissəsində “Texniki Sahə Müfəttişi” qeyd etməklə
📧 [email protected] elektron ünvanına göndərə bilərlər.


Oxşar vakansiyalar