D

Deluxe Residence MTK

Son tarix: 1 Oktyabr 2026

Tikinti layihə rəhbəri

İnşaat və MemarlıqBakıTam Ştat2 Sentyabr 2026145

2500

Vakansiya haqqında

Əsas vəzifələr:

  • Cəmiyyətin tikinti sahələrində həyata keçirilən layihələrin planlaşdırılmasını, təşkilini və ümumi idarə olunmasını təmin etmək;
  • Layihə üzrə tikinti-quraşdırma işlərinin təsdiq olunmuş layihə sənədlərinə, istehsalat planlarına və normativ sənədlərə uyğun icrasına nəzarət etmək;
  • Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Cəmiyyətin daxili normativ aktlarını, SNİP, GOST, ISO standartlarını, eləcə də rəhbərliyin göstəriş və sərəncamlarını rəhbər tutmaq;
  • Layihənin büdcəsinin hazırlanmasını və icrasına nəzarəti həyata keçirmək, maliyyə resurslarının səmərəli istifadəsini təmin etmək;
  • Podratçı və subpodratçı təşkilatların fəaliyyətini əlaqələndirmək və onların işinə nəzarət etmək;
  • Tikinti mühəndislərinin və sahə heyətinin fəaliyyətini təşkil etmək, onların işini koordinasiya etmək;
  • Layihə üzrə riskləri müəyyən etmək, onların minimuma endirilməsi üçün tədbirlər hazırlamaq və icrasına nəzarət etmək;
  • Layihənin icra müddətlərinə riayət olunmasına nəzarət etmək, gecikmələrin qarşısını almaq üçün operativ tədbirlər görmək;
  • Layihə üzrə texniki və maliyyə hesabatlarının hazırlanmasını təşkil etmək və rəhbərliyə təqdim etmək;
  • Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki rəhbərliyi təmin etmək;
  • Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət etmək.

Tələblər:

  • Yaş həddi: 40 - 60
  • İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Tikinti layihələrinin idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi;
  • Layihələrin planlaşdırılması və idarə olunması üzrə biliklər;
  • Liderlik və təşkilatçılıq bacarıqları;
  • Azərbaycan, rus dili mükəmməl, ingilis arzuolunandır.

İş şəraiti

  • İş qrafiki: həftədə 6 gün 09:00- 18:00 (şənbə günü qısa iş günü)
  • Əmək haqqı: 2500 AZN + premiya
  • Ərazi: Nizami metrosu ətrafı (6-cı paralel)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlərFotosuz CV-lərə baxılmır

Oxşar vakansiyalar