AEM Elektron
Usta Şəbəkəsinin İnkişafı üzrə Menecer
Müsahibə əsasında
Vakansiya haqqında
AEM MMC – İT məhsulları və texnologiya həllərinin distribusiyası və satışı ilə məşğul olan şirkət olaraq komandamıza Usta Şəbəkəsinin İnkişafı üzrə Menecer axtarır.
Bu vəzifənin əsas məqsədi AEM məhsullarının istifadə və quraşdırılmasında iştirak edən ustalar, texniki mütəxəssislər və installer-lərdən ibarət peşəkar usta şəbəkəsinin / “Ustalar Klubu”nun yaradılması, inkişaf etdirilməsi və davamlı idarə olunmasıdır.
Axtardığımız namizəd yalnız əlaqələri idarə edən deyil, usta icması formalaşdırmağı, insanları bir platforma ətrafında birləşdirməyi və həmin şəbəkəni uzunmüddətli şəkildə inkişaf etdirməyi bacaran mütəxəssis olmalıdır.
Əsas vəzifə və öhdəliklər
Ustalar Klubunun yaradılması və inkişafı
- AEM-in “Ustalar Klubu”nun yaradılması və inkişaf strategiyasının hazırlanmasında iştirak etmək;
- Müxtəlif istiqamətlər üzrə çalışan ustaları və texniki mütəxəssisləri müəyyənləşdirmək və şəbəkəyə cəlb etmək;
- Ustalar bazasının formalaşdırılması, mütəmadi yenilənməsi və kateqoriyalar üzrə seqmentləşdirilməsini təmin etmək;
- Ustalar üçün loyallıq və əməkdaşlıq proqramlarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- Klub üzvlərinin sayının, aktivliyinin və iştirak səviyyəsinin davamlı artırılması.
Ustalarla gündəlik iş və əlaqələrin idarə edilməsi
- Ustalarla mütəmadi əlaqə saxlamaq və onların ehtiyaclarını müəyyənləşdirmək;
- Ustaların AEM və təmsil olunan brendlərlə bağlı sual, təklif və gözləntilərini toplamaq;
- Ustalarla bağlı daxil olan müraciətlərin və məsələlərin vaxtında həllini koordinasiya etmək;
- Ustalar arasında AEM məhsullarının tanınması və istifadəsinin artırılmasına dəstək vermək;
- Aktiv və potensial ustaları müəyyənləşdirmək və onlarla fərdi iş aparmaq;
- Ustalarla münasibətlərin sistemli şəkildə qurulmasını və davamlılığını təmin etmək.
Təlim və inkişaf
- Ustaların ehtiyaclarını müəyyən edərək texniki və məhsul təlimlərinin təşkilini koordinasiya etmək;
- Yeni məhsullar, texnologiyalar və brendlər üzrə təqdimat və praktiki sessiyaların təşkilində iştirak etmək;
- Təlimlərin nəticələrini və iştirakçıların aktivliyini izləmək;
- Ustaların peşəkar inkişafına yönəlmiş seminar, workshop, demo day və digər tədbirlərin təşkilində iştirak etmək;
- Ustalar üçün sertifikasiya və digər inkişaf proqramlarının təşkilinə dəstək vermək.
İcma və tədbirlərin idarə edilməsi
- Ustalar Klubunun aktivliyini artırmaq üçün tədbirlər, görüşlər, müsabiqələr və digər təşəbbüslər hazırlamaq;
- Klub üzvləri arasında kommunikasiya və qarşılıqlı əlaqənin inkişaf etdirilməsinə şərait yaratmaq;
- Ustalar üçün faydalı kontent, məhsul məlumatları və texniki yeniliklərin çatdırılmasını təşkil etmək;
- Ustalar icmasının davamlı və aktiv şəkildə inkişaf etdirilməsini təmin etmək.
Məlumatların təhlili və hesabatlılıq
- Ustalar haqqında vahid məlumat bazasının yaradılmasını və düzgün idarə olunmasını təmin etmək;
- Aktivlik, iştirak, təlimlər, tədbirlər və digər göstəricilər üzrə məlumatları toplamaq və təhlil etmək;
- Ustalar Şəbəkəsinin inkişafı üzrə aylıq və rüblük hesabatlar hazırlamaq;
- Ustaların ehtiyacları və bazardakı tendensiyalar barədə rəhbərliyə mütəmadi məlumat vermək;
- Ustaların rəyləri əsasında məhsul, xidmət və əməkdaşlıq imkanlarının inkişafına dair təkliflər vermək.
Namizədə tələblər
- Ali təhsil;
- Ustalar, installer-lər, texniki mütəxəssislər, distribyutorlar və ya digər peşəkar icmalarla iş üzrə minimum 2 il təcrübə;
- Şəbəkə qurmaq və insanlarla uzunmüddətli münasibətlər yaratmaq bacarığı;
- Müxtəlif profilli insanlarla effektiv kommunikasiya qurmaq və onları bir platforma ətrafında birləşdirmək bacarığı;
- Tədbir, təlim, seminar və icma yönümlü layihələrin təşkilində təcrübə;
- B2B mühitində işləmək təcrübəsi üstünlükdür;
- İT, təhlükəsizlik sistemləri, şəbəkə avadanlıqları, elektronika və ya digər texniki məhsullar sahəsində təcrübə üstünlükdür;
- Ustaların və texniki mütəxəssislərin iş prosesini və ehtiyaclarını anlamaq bacarığı;
- Güclü kommunikasiya və təqdimat bacarıqları;
- Təşkilatçılıq və koordinasiya bacarığı;
- Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
- CRM və ya müştəri bazası idarəetmə sistemləri ilə işləmə bacarığı;
- Azərbaycan dili – sərbəst;
- Rus və ingilis dilləri – üstünlükdür;
- Aktiv, təşəbbüskar, sosial və nəticəyönümlü olmaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
Satış mütəxəssisi
EDU COMPANY Təhsil Şirkəti • Bakı
Corporate Sales Specialist (JCB Aftersales / Service & Spare Parts)
Tegeta Motors Baku • Bakı
Marketinq Təcrübəçi
Aqrar Tədarük və Təchizat • Bakı
Satış Təmsilçisi (Horeco)
Inci Group Of Companies • Bakı
Mağaza formatı üzrə menecer
Kontakt Home • Bakı
Kommersiya Direktoru
AEM Elektron • Bakı