V

Veysəloğlu MMC

Son tarix: 18 Oktyabr 2026

Videoqraf - Fotoqraf

Dizayn və YaradıcılıqBakıTam Ştat18 Sentyabr 202622

Müsahibə əsasında

Vakansiya haqqında

İş şəraiti

  • Funksiya: Marketinq / Korporativ Kommunikasiya
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü
  • 08:00–17:00 / 08:30–17:30 / 09:00–18:00

Ümumi məlumat:

  • Şirkətin korporativ kommunikasiya və marketinq fəaliyyətləri çərçivəsində sosial media platformaları, daxili və xarici tədbirlər, korporativ layihələr, məhsul təqdimatları və digər kommunikasiya kanalları üçün peşəkar foto və video kontentin hazırlanması, çəkilişlərin təşkili, montaj və post-production proseslərinin həyata keçirilməsi.

Vəzifə funksiyaları:

  • Şirkətin sosial media platformaları üçün peşəkar foto və video kontentin hazırlanmasını və çəkilişlərin həyata keçirilməsini təmin etmək;
  • Instagram Reels, TikTok, YouTube Shorts və digər rəqəmsal platformalar üçün qısa və dinamik video kontent hazırlamaq;
  • Daxili və xarici tədbirlər, korporativ görüşlər, təqdimatlar, təlimlər, konfranslar və digər layihələr üzrə foto və video çəkilişləri həyata keçirmək;
  • Tədbirlər və korporativ layihələr üçün highlight, recap, teaser, backstage və digər video formatları hazırlamaq;
  • Rəhbərlik, əməkdaşlar və digər şəxslərlə müsahibə formatında video çəkilişləri həyata keçirmək;
  • Korporativ layihələr, işəgötürən brendi, məhsul və xidmətlərin tanıdılması məqsədilə video materialların hazırlanmasında iştirak etmək;
  • Verilmiş brif əsasında çəkiliş konsepsiyasını formalaşdırmaq, kadrları planlaşdırmaq və çəkiliş prosesini təşkil etmək;
  • Video çəkilişlər zamanı kadr kompozisiyası, rakurs, işıqlandırma və səs keyfiyyətini təmin etmək;
  • Kataloq, planoqram, məhsul təqdimatları, kampaniyalar və sosial media üçün peşəkar məhsul foto və video çəkilişlərini həyata keçirmək;
  • Çəkilmiş video materialların seçilməsi, montajı, rəng korreksiyası və səs tənzimlənməsini həyata keçirmək;
  • Videolara ehtiyacdan asılı olaraq subtitr, mətn, keçid, musiqi və digər vizual elementləri əlavə etmək;
  • Foto materialların seçilməsi, retuşu və rəng korreksiyasını həyata keçirmək;
  • Foto və video materialları müxtəlif sosial media və kommunikasiya platformalarının texniki tələblərinə uyğun formatlarda hazırlamaq;
  • Horizontal və vertikal formatlarda kontent hazırlamaq və materialları yayımlanacağı platformaya uyğunlaşdırmaq;
  • Kamera, obyektiv, işıq, mikrofon, stabilizator və digər foto-video avadanlıqlardan düzgün və effektiv istifadə etmək;
  • Hazırlanan foto və video materialların şirkətin korporativ vizual standartlarına uyğunluğunu təmin etmək;
  • Foto və video materialları tarix və layihələr üzrə sistemli şəkildə arxivləşdirmək;
  • Marketinq, kommunikasiya və digər aidiyyəti komandalarla koordinasiyalı işləyərək verilmiş briflərə uyğun kontent hazırlamaq;
  • Eyni vaxtda bir neçə çəkiliş və kontent tapşırığını prioritetləşdirərək müəyyən edilmiş müddətlər çərçivəsində təhvil vermək.

Vəzifə tələbləri:

  • Ali təhsil (fotoqrafiya, videoqrafiya, multimedia, dizayn, marketinq, kommunikasiya və ya əlaqəli sahə üzrə təhsil üstünlükdür);
  • Foto və video çəkilişi sahəsində minimum 2 il iş təcrübəsi;
  • Peşəkar foto və video kamera, obyektiv və digər çəkiliş avadanlıqları ilə sərbəst işləmək bacarığı;
  • Kadr quruluşu, kompozisiya, işıqlandırma, rəng və vizual estetika üzrə yaxşı biliklər;
  • Studiya və təbii işıq şəraitində çəkiliş aparmaq bacarığı;
  • Mikrofon, işıqlandırma, stabilizator və digər çəkiliş avadanlıqları ilə işləmək bacarığı;
  • Video montaj və post-production üzrə praktiki bilik və təcrübə;
  • Adobe Premiere Pro və ya digər peşəkar video montaj proqramlarında sərbəst işləmək bacarığı;
  • Adobe Photoshop və Lightroom proqramlarında işləmək bacarığı;
  • Adobe After Effects proqramı üzrə bilik üstünlükdür;
  • Sosial media üçün Reels, Shorts və digər qısa video formatlarının hazırlanması üzrə təcrübə;
  • Müasir sosial media, foto və video kontent trendlərini izləmək və iş prosesində tətbiq etmək bacarığı;
  • Vizual hekayə qurmaq (storytelling) və yaradıcı yanaşma bacarığı;
  • Detallara diqqət, məsuliyyətlilik və yüksək vizual zövq;
  • Vaxtın düzgün idarə edilməsi və tapşırıqları müəyyən edilmiş müddətdə tamamlamaq bacarığı;
  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
  • Zərurət yarandıqda şirkətdənkənar çəkilişlərdə iştirak etmək imkanı;
  • Peşəkar portfolio təqdim edilməsi mütləqdir.

Portfolio daxilində korporativ çəkilişlər, tədbir videoları, sosial media videoları/Reels, müsahibələr, məhsul çəkilişləri və foto iş nümunələrinin olması üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

  • Nəqliyyat xidməti;
  • Nahar ödənişi.

Müraciət etmək istəyən namizədlər CV və portfoliolarını mövzu bölməsində “Videoqraf - Fotoqraf” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya Veysəloğlu Karyera portalı vasitəsilə göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar