A

AzInTelecom

Son tarix: 24 Sentyabr 2026

Videoqraf (Korporativ çəkilişlər üzrə)

Dizayn və YaradıcılıqBakıTam Ştat25 Avqust 202690

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Müəssisə daxilində və xaricində foto və video çəkilişlərinin həyata keçirilməsi;
  • Sosial media platformaları üçün video kontentin çəkilməsi, montajı və hazırlanması;
  • Şirkətin məhsul və xidmətlərinin təqdimatı məqsədilə müxtəlif marketinq kanalları üçün foto və video kontentin hazırlanması;
  • Korporativ tədbirlərin foto və video çəkilişlərinin həyata keçirilməsi, materialların montajı və müvafiq kommunikasiya kanalları üçün hazırlanması;
  • Sosial media hesabları üçün təsdiq edilmiş gündəlik və aylıq kontent planına uyğun Reels və digər qısa formatlı video kontentlərin hazırlanması;
  • Müəssisədaxili və xarici sosial layihələr, kampaniyalar və digər tədbirlər üzrə foto və video çəkilişlərinin həyata keçirilməsi;
  • Video materialların, reklam və sosial çarxların montajının həyata keçirilməsi və yekun kontentin hazırlanması;
  • Çəkilişlərin (foto və video) hesabatının aparılması, arxivləşdirilməsi;
  • Çəkiliş və istifadə olunan vizual materiallar üzrə müəllif hüquqları və lisenziya tələblərinə riayət olunmasının təmin edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Brandbook və korporativ brend standartları ilə işləmə təcrübəsi;
  • Adobe Premiere Pro, Adobe After Effects, Adobe Photoshop və Adobe Illustrator proqramları üzrə yüksək səviyyədə biliklər;
  • Reklam və vizual materialların istifadə qaydaları üzrə biliklər;
  • Foto və video materialların, illüstrasiyaların və digər vizual elementlərin hazırlanması və istifadəsi üzrə bacarıqlar;
  • Foto və video kontentin hazırlanmasında süni intellekt həllərindən istifadə bacarığı;
  • Tapşırıqlar üzrə funksional və yaradıcı həllər təklif etmək bacarığı;
  • Yaradıcı və kreativ düşüncə;
  • Detallara diqqətlilik;
  • Komanda ilə işləmək bacarığı;
  • Azərbaycan dili – səlis; İngilis dili – arzuolunan; Rus dili – arzuolunan.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar