P

Prior Leasing

Son tarix: 15 Noyabr 2026

Videoqraf / Video Editor

Dizayn və YaradıcılıqBakıTam Ştat15 Oktyabr 202649

Müsahibə əsasında

Vakansiya haqqında

Prior Leasing yaradıcı düşüncəli Videoqraf / Video Editor axtarır.

Namizədə tələblər:

  • Video çəkilişi və montaj sahəsində 1–2 il iş təcrübəsi
  • Video montaj proqramları, rəng korreksiyası və səs emalı üzrə əsas biliklər
  • Sosial media formatları, aktual trendlər barədə məlumatlılıq
  • Kamera, işıq və səs  avadanlıqları ilə işləmək bacarığı
  • Yaradıcı düşüncə, estetik zövq və detallara diqqət
  • Komandada işləmək, vaxtı düzgün idarə etmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı
  • Regionlara ezamiyyətə açıq olmaq.

Vəzifə öhdəlikləri:

  • Korporativ tədbirlər, reklam kampaniyaları və sosial media kontenti üçün video çəkilişləri planlaşdırmaq və həyata keçirmək
  • Çəkiliş avadanlıqlarının hazırlanmasını, quraşdırılmasını və düzgün istifadəsini təmin etmək
  • Mövcud videoqrafla birgə çəkilişlərdə iştirak etmək və çəkilmiş materialları montaj etmək
  • Videoların montajını, rəng korreksiyasını və səs emalını həyata keçirmək, titrlər və qrafik elementlər əlavə etmək
  • Sosial media platformaları üçün qısa və uzun videolar, reklam və korporativ çarxlar hazırlamaq
  • Video materialların korporativ üsluba və brend standartlarına uyğunluğunu təmin etmək, kontent planına əsasən vaxtında təhvil vermək

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 iş günü.
  • İş yeri: Çinar Park Biznes Mərkəzi.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Videoqraf / Video editor qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2628&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.

Oxşar vakansiyalar