Q

Qafqaz Təhsil Mərkəzi

Son tarix: 8 Sentyabr 2026

Viza Mütəxəssisi

Turizm və OtelçilikBakıTam Ştat9 Avqust 202695

Müsahibə əsasında

Vakansiya haqqında

Qafqaz Təhsil Mərkəzi MMC komandamıza Viza Mütəxəssisi vəzifəsi üzrə təcrübəli, məsuliyyətli və peşəkar əməkdaş axtarır.

Əsas iş istiqamətləri:

  • Təhsil vizaları üzrə müştərilərə konsultasiya və sənədləşmə prosesinin aparılması;
  • Turistik vizalar üzrə müraciətlərin hazırlanması və müştərilərin yönləndirilməsi;
  • İş vizaları üzrə sənədlərin hazırlanması və müraciət prosesinin müşayiət olunması;
  • Viza üçün tələb olunan sənədlərin yoxlanılması və sistemləşdirilməsi;
  • Viza ərizə formalarının düzgün şəkildə doldurulması;
  • Səfirlik, konsulluq və viza mərkəzlərinin tələblərinin izlənilməsi;
  • Müştərilərlə operativ və peşəkar ünsiyyətin qurulması;
  • Viza müraciətlərinin qəbulundan nəticənin əldə olunmasına qədər prosesin izlənilməsi;
  • Viza qaydalarında və prosedurlarda baş verən yeniliklərin mütəmadi izlənilməsi.

Namizədə tələblər:

  • Viza sahəsində iş təcrübəsi mütləqdir;
  • Təhsil, turistik və iş vizaları üzrə praktiki bilik və təcrübə;
  • Sənədlərlə diqqətli və məsuliyyətli işləmək bacarığı;
  • Müştərilərlə düzgün və peşəkar kommunikasiya qurmaq bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • İngilis və/və ya rus dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Operativ, diqqətli və məsuliyyətli olmaq;
  • Komandada işləmək bacarığı.

Üstünlük hesab olunur:

  • Şengen, Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələrin viza prosedurları üzrə təcrübə;
  • Müxtəlif kateqoriyalı viza müraciətlərinin hazırlanması üzrə praktiki təcrübə;
  • Xaricdə təhsil sahəsində iş təcrübəsi;
  • Satış və müştəri xidmətləri sahəsində təcrübə.

Biz nə təklif edirik?

  • Yüksək əmək haqqı
  • Yüksək bonus sistemi
  • Peşəkar və dinamik iş mühiti;
  • Karyera və peşəkar inkişaf imkanı;
  • Peşəkar komanda ilə işləmək imkanı.

İş yeri: Caspian Plaza-nın yanı, Nizami metrosuna yaxın ərazi

Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

CV göndərərkən mövzu hissəsində “Viza Mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiyalar