C

City Point Baku

Son tarix: 1 Oktyabr 2026

Xadimə

İnzibati İşlərBakıTam Ştat1 Sentyabr 202650

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Biznes mərkəzinin inzibati və ümumi istifadə sahələrinin gündəlik təmizliyini və səliqəsini təmin etmək.
  • Ofis otaqları, dəhlizlər, foyelər, pilləkənlər, liftlər və digər ümumi əraziləri təmizləmək.
  • Sanitar qovşaqların mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsini təmin etmək.
  • Döşəmə, xalça, şüşə, qapı, mebel və digər səthlərin təmizliyini həyata keçirmək.
  • Zibil qutularını vaxtında boşaltmaq və tullantıları müəyyən olunmuş yerlərə çıxarmaq.
  • Təmizlik vasitələrindən və avadanlıqlardan təyinatına uyğun və təhlükəsizlik qaydalarına riayət etməklə istifadə etmək.
  • Təmizlik vasitələrinin və inventarın səliqəli saxlanılmasını təmin etmək, çatışmazlıq və nasazlıqlar barədə rəhbərliyə məlumat vermək.
  • İş yerində gigiyena, sanitariya və əməyin mühafizəsi qaydalarına riayət etmək.
  • Biznes mərkəzində təmizliyin və səliqənin yüksək səviyyədə saxlanılmasına nəzarət etmək.
  • Zərurət yarandıqda tədbir, iclas və digər təşkilati fəaliyyətlərdən əvvəl və sonra ərazilərin təmizliyini təmin etmək.
  • Təmizlənən ərazilərdə əmlaka və avadanlıqlara ehtiyatla yanaşmaq, aşkar edilmiş nasazlıq və ya zədələnmələr barədə məsul şəxsə məlumat vermək.
  • Rəhbərliyin tapşırığı ilə vəzifə səlahiyyətləri çərçivəsində digər təsərrüfat və təmizlik işlərini yerinə yetirmək.
  • İş vaxtı intizamına, daxili əmək qaydalarına və biznes mərkəzinin müəyyən etdiyi davranış qaydalarına riayət etmək.
  • İşçilərin və ziyarətçilərin şəxsi məlumatlarının və biznes mərkəzində əldə etdiyi digər məxfi məlumatların məxfiliyini qorumaq.
  • İş zamanı aşkar olunan təhlükəli vəziyyətlər, su sızması, elektrik və ya digər texniki problemlər barədə dərhal məsul şəxsə məlumat vermək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan nömrəyə göndərə bilərlər.

Əlaqə 010 253 01 07

Oxşar vakansiyalar