T

The Limitless Group

Son tarix: 7 Oktyabr 2026

Xaricdə Təhsil Mütəxəssisi

Təhsil və TəlimBakıTam Ştat8 Sentyabr 202662

Müsahibə əsasında

Vakansiya haqqında

The Limitless Group – 14 illik təcrübəyə malik, yüzlərlə tələbəni dünyanın top universitetlərinə qəbul etdirən Azərbaycanın aparıcı xaricdə təhsil şirkətlərindən biri – komandasını genişləndirir!

Axtardığımız namizəd: Xaricdə Təhsil Mütəxəssisi

Tələblər:

  • Minimum 1 il xaricdə təhsil və ya viza dəstəyi sahəsində təcrübə
  • Avropa, ABŞ və ya Kanada vizası üzrə ən azı bir proseduru yaxşı səviyyədə bilməsi
  • İngilis dili – minimum B2 səviyyəsində
  • Tələbələrlə ünsiyyət bacarığı, məsuliyyətli və detallara diqqətli olması
  • Sənəd prosesləri, qəbul qaydaları, universitet seçimi və müraciət etapları haqqında məlumatlı olması
  • Operativlik və komanda ilə işləmək bacarığı

Öhdəliklər:

  • Müraciət sənədlərinin hazırlanması (essays, CV, reference letters və s.)
  • Vizaya hazırlıq prosesində tələbələrə dəstək göstərmək
  • Universitetlərlə yazışmalar və rəsmi kommunikasiya
  • Tələbə portfoliolarının izlənməsi və vaxtında icrası

Üstünlüklər:

  • ABŞ, Kanada və ya Avropa ölkələri üzrə bir neçə vizanı bilmək
  • Təqaüd proqramları barədə məlumatlı olmaq
  • SAT, IELTS, TOEFL haqqında baza anlayışları
  • Xaricdə oxumuş və ya yaşamış olmaq

Təklif edirik:

  • Stabil iş mühiti və peşəkar komanda
  • Rəsmi əmək müqaviləsi
  • Kariyera yüksəlişi imkanı
  • Mərkəzi ofis: Demirchi Tower, 21-ci mərtəbə

Əlavə məlumat üçün: (+994) 50 / 51 / 99 704 41 71

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar