AGA Group
Business Development & Sales Manager (Uzbekistan/Poland)
Negotiable
About the Job
Biz hal-hazırda Özbəkistan və Polşa ölkələrində faktorinq (factoring) və maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən Business Development & Sales Manager axtarışındayıq.
Namizəd şirkətin bazarda tanınması, müştəri portfelinin qurulması və satış proseslərinin idarə olunmasına cavabdeh olacaq. Əsas fokus faktorinq xidmətlərinin bizneslərə satışı və uzunmüddətli tərəfdaşlıqların qurulmasıdır.
Vəzifə öhdəlikləri:
- Faktorinq xidmətlərinin B2B satışının həyata keçirilməsi
- Bazar araşdırması və rəqib analizinin aparılması
- Banklar, şirkətlər və biznes şəbəkələri ilə əlaqələrin qurulması
- Yeni müştərilərin (şirkətlərin) aktiv şəkildə cəlb olunması
- Potensial müştərilərlə görüşlərin təşkili və danışıqların aparılması
- Müqavilə şərtlərinin izahı və bağlanma prosesinin idarə olunması
- Marketinq və satış strategiyalarının hazırlanmasına töhfə
Tələblər
- Sales / Business Development sahəsində təcrübə (xüsusilə B2B)
- Güclü danışıqlar (negotiation) və inandırma bacarığı
- Maliyyə xidmətləri, bankçılıq və ya faktorinq sahəsində təcrübə üstünlükdür
- Marketinq və satış anlayışı
- Aktiv ünsiyyət və networking bacarığı
- Nəticəyönümlü düşüncə
- Rus dili (mükəmməl), İngilis dili (mükəmməl), Türk dili (yaxşı)
Vakansiya növü - Tam ştat
Zəhmət olmasa vəzifə başlığı hissəsində hansı ölkə (Uzbekistan və ya Poland) üzrə müraciət etdiyinizi mütləq qeyd edəsiniz.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Similar Jobs
Satış meneceri
Easy Consulting • Baku
SMM Manager
Muradoğlu İnşaat • Baku
Korporativ satış təmsilçisi
Integro Group ofis mebelləri • Baku
Satış meneceri
Gigan Consulting • Baku
SMM / DIGITAL MANAGER
Empire by Asthetik Lab • Baku
Satış Meneceri (Sales Manager)
Pilgrim Education • Baku