Əfəndilər MTK
Anbardar (ehtiyat hissələri üzrə)
700 ₼
Vakansiya haqqında
Efendiler Group 1997-ci ildən fəaliyyət göstərən şirkətlər qrupudur. Qrupa avtomobil və tikinti sahələrində çalışan tanınmış şirkətlər daxildir. Avtomobil sahəsində qrup Porsche, Audi, Geely,Chery, Zeekr və Li Auto kimi avtoistehsalçıların distribütor şirkətləri və Efendiler Group servis mərkəzi, tikinti sektorunda Bakıxanov Rezidens Komplekslər Qrupu ilə təmsil olunub.
- İş qrafiki: həftədə 6 gün, şənbə günü qısa iş rejimi;
- Əməkhaqqı: təmiz 700 ₼;
- İş yeri: Nizami rayonu, Babək prospekti 35A;
- Rəsmiləşdirmə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Anbardar (ehtiyat hissələri üzrə) ” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər:
- Məsuliyyətli, çevik və səliqəli olmaq.
- İşə ciddi və məsuliyyətlə yanaşmaq.
- Komandada işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinin icrasını təmin etmək.
- Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək.
- Sifarış tələbi əsasında anbardan mal çıxışını təşkil etmək.
- Məsuliyyətində olan bütün anbarların təmiz, səliqli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək.
- Anbarların olan malların təhlükəsizliyindən cavabdeh olmaq.
- Anbarda olan mal-materialın təhlükəsizliyini və anbardan buraxılan və anbara daxil olan mal-materialın giriş-çıxış sənədləri üzrə qeydiyyatını təmin etmək.
- İnventarlaşdırmanın aparılmasında iştirak etmək.
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların təqdim edilməsi.
- Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra olunmasının təmin edilməsi.
Oxşar vakansiyalar
Anbardar
Çinici • Bakı
Satınalma və Təchizat üzrə Mütəxəssis
Detal Construction • Bakı
Hazır Məhsul Anbarının rəisi
Baku Steel Company CJSC • Sumqayıt
Kommersiya və satınalma üzrə direktor köməkçisi
Karaca • Bakı
Начальник ночной транспортной смены (логист-контролёр)
VPT-AZƏRBAYCAN • Bakı
Logistika üzrə mütəxəssis
Vahus Logistics • Bakı