A
Aqrar Tədarük və Təchizat
Aqrar bazar və tədbirlərin təşkili üzrə aparıcı mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Əgər aqrar bazarın inkişafı, yarmarka və tədbirlərin təşkili prosesində iştirak etmək, layihələrin həyata keçirilməsinə töhfə vermək, peşəkar komandanın bir parçası olmaq və karyera inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
- Aqrar yarmarka, festival, sərgi və digər tədbirlərin hazırlanması və keçirilməsi prosesində iştirak etmək, tədbir planlarının hazırlanması, aidiyyəti struktur bölmələrlə koordinasiyanın həyata keçirilməsi və tədbirlərin icrasına nəzarət etmək;
- Yarmarkalarda iştirak edəcək fermer, istehsalçı, sahibkar və digər iştirakçıların müəyyənləşdirilməsi və cəlb olunması prosesində iştirak etmək, iştirakçılarla əlaqələrin qurulmasını və məlumatlandırılmasını təmin etmək;
- Tədbirlərin təşkilati və logistika məsələlərinin həllində iştirak etmək, məkan, stend, avadanlıq, nəqliyyat, yerləşdirmə, qidalanma və digər təşkilati məsələlər üzrə aidiyyəti şəxslərlə koordinasiya aparmaq;
- Aqrar bazarın inkişafına yönəlmiş layihə və təşəbbüslərin hazırlanması və icrasında iştirak etmək, region məhsullarının, fermerlərin və yerli istehsalçıların tanıdılması və satış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər hazırlamaq;
- Keçirilmiş yarmarka və tədbirlər üzrə məlumatların toplanması, nəticələrin təhlili, hesabatların və təqdimatların hazırlanmasını həyata keçirmək, müəyyən edilmiş problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək.
Namizədə tələblər:
- Ali təhsil;
- Layihələrin, tədbirlərin, yarmarkaların təşkili sahəsində 3 il iş təcrübəsi;
- Dövlət qurumlarında iş təcrübəsinin olması üstünlük hesab edilir;
- Araşdırma və analitik düşünmə qabiliyyəti;
- Operativ qərarvermə bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik;
- Stresə davamlılıq;
- Komandada işləmək və effektiv koordinasiya bacarığı;
- Ünsiyyət və təqdimat bacarığı;
- Peşəkar yanaşma və nəticəyönümlülük;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
CV-lərinizi mövzu hissəsində “Aqrar bazar və tədbirlərin təşkili üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.
Oxşar vakansiyalar
İ
Bugün
Baytar
İMİŞLİ R AQRO MMC • İmişli
Tam Ştat
—Müraciət et
A
24 Sentyabr 2026
Baş Zootexnik (Biləsuvar)
Azersun Holding • Biləsuvar
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
X
24 Sentyabr 2026
Bağban
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
23 Sentyabr 2026
Suvarma sistemləri üzrə koordinator - Padarçöl təsərrüfatı
Agro Dairy • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
22 Sentyabr 2026
Aqronom - Ceyrançöl təsərrüfatı / Samux
Agro Dairy • Samux
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
22 Sentyabr 2026
Aqronom - Qarabağ təsərrüfatı
Agro Dairy • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et