N

NordFruits LLC

Son tarix: 2 Noyabr 2026

Aqronom

Kənd TəsərrüfatıQubaTam Ştat2 Oktyabr 202649

Müsahibə əsasında

Vakansiya haqqında

İş yeri: Şabran və Qusar rayonları

Məşğulluq növü: Tam iş günü

Vəzifə öhdəlikləri:

  • Meyvə bağlarında aqrotexniki işlərin planlaşdırılması, icrası  və icrasına nəzarət;
  • Bitkilərin inkişaf vəziyyətinin mütəmadi izlənilməsi;
  • Suvarma, gübrələmə, budama və bitki mühafizəsi tədbirlərinin təşkili;
  • Xəstəlik və zərərvericilərin vaxtında müəyyən edilməsi, mübarizə tədbirlərinin görülməsi;
  • Məhsuldarlığın və məhsul keyfiyyətinin artırılması üzrə təkliflərin hazırlanması;
  • Görülmüş işlər və bağların vəziyyəti barədə hesabatların təqdim edilməsi;
  • Sahə işçilərinin fəaliyyətinin əlaqələndirilməsi və iş prosesinə nəzarət;
  • Bağın cari və uzunmüddətli məhsuldarlığının təmin edilməsi məqsədilə bütün zəruri aqrotexniki tədbirlərin və vəzifə funksiyalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
  • Rəhbərliyin tapşırığı əsasında digər işlər.

Namizədə tələblər:

  • Aqronomluq və ya kənd təsərrüfatı sahəsi üzrə ali və ya peşə ixtisas təhsili;
  • Meyvəçilik və bağçılıq sahəsində azı 5 il iş təcrübəsi (Quba və Xaçmaz rayonlarında iş təcrübəsi olan namizədlərə üstünlük verilir);
  • Müasir aqrotexniki üsullar, gübrələmə, suvarma və bitki mühafizəsi barədə biliklər;
  • Şabran və Qusar rayonlarında işləmək və mütəmadi olaraq təsərrüfat sahələrində olmaq imkanı;
  • Məsuliyyətlilik, təşkilatçılıq və komandada işləmək bacarığı.

Şirkət tərəfindən təmin edilir:

  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun əmək müqaviləsi;
  • Qida təminatı;
  • Mobil rabitə təminatı;
  • Stabil və uzunmüddətli iş imkanı;
  • Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

Maraqlanan namizədlər mövzu hissəsində “Aqronom” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar