G

GL ASC

Son tarix: 29 Oktyabr 2026

Baş Kredit Mütəxəssisi

Maliyyə və MühasibatlıqBakıTam Ştat29 Sentyabr 202657

600 ₼

Vakansiya haqqında

İş yeri: Bakı və Region filialları

Əsas vəzifə öhdəlikləri

  • Aktiv satışların təşkili və potensial müştərilərin cəlb edilməsi;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və mövcud müştərilərlə mütəmadi əlaqələrin saxlanılması;
  • Müştəri müraciətlərinin qəbul edilməsi, təhlili, kredit komitəsinə təqdim olunması və kreditlərin rəsmiləşdirilməsi;
  • Yeni kredit məhsulları və satış metodlarının inkişafı ilə bağlı təkliflərin hazırlanması;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə operativ və keyfiyyətli xidmət göstərilməsi;
  • Daxil olan şikayət və müraciətlərin araşdırılması və həllinin təmin edilməsi;
  • Kreditləşmə ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanmasına nəzarət;
  • Satış və kreditləşmə proseslərinin effektivliyinin artırılmasına yönəlmiş təşəbbüslərdə iştirak.

Namizədə tələblər

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Ali və ya natamam ali təhsil;
  • Yüksək ünsiyyət və müştəriyönümlülük bacarığı;
  • Fərdi və komanda şəklində işləmək bacarığı;
  • Microsoft Office proqramlarında, xüsusilə Word və Excel-də sərbəst işləmək bacarığı;
  • Bank və ya bank olmayan kredit təşkilatlarında iş təcrübəsi;
  • Lombard sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.

İş şəraiti

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
  • İş yeri: Bakı və region filialları

Əməkhaqqı və bonus sistemi

Başlanğıc kateqoriya:

  • 400 AZN əməkhaqqı + 800 AZN bonus = 1200 AZN-dək

Yuxarı kateqoriya:

  • 600 AZN əməkhaqqı + 1200 AZN bonus = 1800 AZN-dək

Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Mövzu sətrində: “Baş Kredit Mütəxəssisi” qeyd olunması xahiş olunur.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Göndərilən CV-lər şirkətin məxfi məlumat bazasında saxlanılır və vakansiyalar üzrə namizədlərin qiymətləndirilməsi məqsədilə istifadə olunur.

Oxşar vakansiyalar