GL ASC
Baş kredit mütəxəssisi region filialları üçün
Vakansiya haqqında
Baş kredit mütəxəssisi (Region filialları üzrə)
Əsas vəzifə öhdəlikləri:
Aktiv satışların təşkili və potensial müştərilərin cəlb olunması;
Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlanılması;
Müştəri müraciətlərinin qəbulu, təhlili, kredit komitəsinə təqdimatı və rəsmiləşdirilməsi;
Yeni kredit məhsulları və satış metodları üzrə təkliflərlə çıxış etmək;
Müştəri məmnuniyyətini təmin etmək məqsədilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olan şikayət və müraciətləri yerində araşdırmaq;
Kreditləşmə ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək.
Namizəddən tələblər:
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Ali və ya natamam ali təhsil;
Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma;
Fərdi və komanda ilə işləmək bacarığı;
Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
Bank və ya bank olmayan kredit təşkilatlarında, xüsusilə lombard sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
İş şəraiti:
İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00
Əməkhaqqı və bonus sistemi:
Başlanğıc kateqoriya: 400 AZN əməkhaqqı + 800 AZN bonus = 1200 AZN
Yuxarı kateqoriya: 600 AZN əməkhaqqı + 1200 AZN bonus = 1800 AZN
Müraciət qaydası:
Tələblərə uyğun olan namizədlərdən “Təcrübəli satış məsləhətçisi ” başlığı ilə CV-lərini [email protected] göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Qeyd edək ki, göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.
Oxşar vakansiyalar
Baş kredit mütəxəssisi Bakı filialları üçün
GL ASC • Bakı
Baş Kredit Mütəxəssisi
GL ASC • Bakı
Baş mühasib
Azərbaycan Mikro Kredit -BOKT ASC • Bakı
Mühasib operator
Company • Bakı
Maliyyə direktoru
Kontakt Home • Bakı
Kiçik və Orta Sahibkarlıq Bankçılığı departamentinin KOS Bakı filialları üzrə Satış və Əməliyyatlar Bridge şöbəsinin Müştəri Xidmətləri qrupunun Mütəxəssisi
PASHA Bank • Bakı