C

Company

Son tarix: 29 Oktyabr 2026

Mühasib operator

Maliyyə və MühasibatlıqBakıTam Ştat29 Sentyabr 2026112

Vakansiya haqqında

Müəssisə haqqında

Müəssisə beton bordür, tamet və digər beton əsaslı tikinti məhsullarının istehsalı ilə məşğul olan istehsalat müəssisəsidir. Şirkət məhsulların keyfiyyətli və vaxtında hazırlanmasını, istehsal prosesinin səmərəli təşkilini və müştərilərin tələblərinə uyğun məhsulların təqdim edilməsini təmin edir.

Vəzifə öhdəlikləri:

  • Gündəlik satış, alış və digər təsərrüfat əməliyyatlarının sistemə daxil edilməsi;
  • Müştərilərdən daxil olan sifarişlərin sistemdə rəsmiləşdirilməsi;
  • Satış zamanı qaimələrin hazırlanması və düzgün rəsmiləşdirilməsi;
  • Anbara daxil olan və anbardan çıxan məhsulların sistem üzrə qeydiyyatının aparılması;
  • Kassa və ödənişlərlə bağlı məlumatların qeydiyyata alınması;
  • Müştərilər üzrə hesablaşmaların və borc qalıqlarının izlənilməsi;
  • Bank ödənişləri və digər maliyyə əməliyyatları üzrə ilkin məlumatların işlənilməsi;
  • Anbar qalığı ilə sistemdəki məlumatların uyğunluğuna nəzarət edilməsi;
  • Gündəlik və aylıq hesabatların hazırlanmasında iştirak etmək;
  • İlkin mühasibat sənədlərinin toplanılması, yoxlanılması və sistemləşdirilməsi;
  • Rəhbərliyin və baş mühasibin tapşırıqlarına uyğun digər uçot işlərinin həyata keçirilməsi.

Namizədə tələblər:

  • Mühasib operator sahəsində  təcrübə üstünlükdür;
  • 1C proqramında işləmək bacarığı;
  • MS Excel üzrə orta səviyyədə bilik;
  • Qaimə və ilkin mühasibat sənədləri ilə işləmə bacarığı;
  • Diqqətli, məsuliyyətli və dəqiq olmaq;
  • Sənədlərlə işləmə və məlumatları sistemə düzgün daxil etmə bacarığı.

İş şərtləri:

  • İş qrafiki: 5 günlük
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: razılaşma yolu ilə
  • İş yeri: Yasamal rayonu

Oxşar vakansiyalar