3000 ₼
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Müəssisənin mühasibat uçotunu qanunvericiliyə uyğun idarə etmək;
- Maliyyə, vergi və statistik hesabatların vaxtında və düzgün hazırlanmasını və təqdim edilməsini təmin etmək;
- Nağd və nağdsız ödənişlərin düzgün uçotuna nəzarət etmək;
- Bank hesabları üzrə əməliyyatların uçotunu və üzləşdirilməsini həyata keçirmək;
- Debitor və kreditor borclarına nəzarət etmək;
- Maya dəyərinin (Food Cost və Beverage Cost) hesablanmasına nəzarət etmək.
- Məhsul itkiləri, silinmələr və tullantılar üzrə sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək;
- Əməkhaqqının, məzuniyyət, ezamiyyət və digər ödənişlərin düzgün hesablanmasını təmin etmək;
- Vergi öhdəliklərinin düzgün hesablanmasını və ödənilməsini təmin etmək;
- Elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturalarının və digər elektron sənədlərin düzgün tərtibini təmin etmək;
- Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil edərək rəhbərliyə hesabat təqdim etmək;
- Büdcənin hazırlanmasında iştirak etmək və büdcə icrasına nəzarət etmək;
- Xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
- Daxili nəzarət mexanizmlərini tətbiq etmək və maliyyə risklərini qiymətləndirmək;
- Vergi və digər dövlət qurumlarının yoxlamaları zamanı müəssisəni təmsil etmək;
Tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Peşəkar mühasib sertifikatının (PMS) olması mütləqdir;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (Satış və Restoran sektorunda);
- MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilmək;
- Xanım namizədlərə üstünlük verilir;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə dərin biliklər;
- Elektron dövlət portalları ilə işləmək bacarığı;
- Güclü analitik düşünmə, riyazi hesablama və maliyyə təhlili bacarıqları;
- Balansın tərtib edilməsi və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər;
İş barədə məlumat:
- İş yeri: Bakı, Həsən Seyidbəyli küç;
- 5 günlük iş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: 3000 Azn.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
G
Bugün
Baş mühasib
GL ASC • Bakı
Tam Ştat
—Müraciət et
A
Bugün
Cost Controller (Xərclərə Nəzarət üzrə Mütəxəssis)
Almep Engineering Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Bugün
Xəzinədar (Premium-Lüks)
Sinteks Group of Companies • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Mühasib
Company • Bakı
Tam Ştat
900 ₼Müraciət et
H
Bugün
OF21-ESG-Mgr Sr, Operations Finance
Halliburton • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Aktuari Nəzarət üzrə mütəxəssis / kiçik mütəxəssis
PASHA Insurance • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et