O

OBA marketlər şəbəkəsi

Son tarix: 24 Oktyabr 2026

Bazar və Qiymət Araşdırması Mütəxəssisi

Marketinq və SatışBakıTam Ştat24 Sentyabr 202693

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Bazar və qiymət araşdırmasının aparılacağı ərazilərin müəyyənləşdirilməsi məqsədilə müvafiq hesabatların hazırlanmasını təmin etmək.
  • Əməkdaşların gündəlik ərazi bölgüsünü müəyyən etmək, araşdırma prosesinin icrasına nəzarət etmək.
  • Gündəlik olaraq Təzə Məhsullar kateqoriyası üzrə aparılan qiymət araşdırmalarının nəticələrini toplamaq, yoxlamaq və yekun nəticələri hazırlamaq.
  • Həftəlik qiymət araşdırmalarının nəticələrini toplamaq, məlumatların düzgünlüyünü yoxlamaq və zəruri hallarda təkrar yoxlamaların aparılması üçün müvafiq tapşırıqlar vermək.
  • Toplanmış məlumatlar əsasında hesabatların hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək.
  • Gündəlik və həftəlik araşdırmaların nəticələrinə əsasən qiymət dəyişikliklərini izləmək, zəruri hallarda müvafiq qiymət dəyişikliklərinin həyata keçirilməsini tələb etmək və prosesə nəzarət etmək.

Tələblər

  • Ali təhsil;
  • Analitik düşünmə və məlumatlarla işləmə bacarığı;
  • MS Excel proqramında işləmə bacarığı;
  • Hesabatların hazırlanması və məlumatların təhlili üzrə bacarıqlar;
  • Diqqətlilik və yüksək dəqiqlik;
  • Planlama və iş bölgüsünü təşkil etmə bacarığı;
  • Komanda ilə işləmə və əməkdaşlarla effektiv ünsiyyət qurmaq bacarığı;
  • Vaxtın düzgün idarə edilməsi və operativ qərarvermə bacarığı;
  • Pərakəndə satış və qiymət araşdırması sahəsində təcrübə arzuolunandır.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar