C

Caspian Energy Club

Son tarix: 6 Noyabr 2026

Biznes Əlaqələri üzrə Koordinator

İnzibati İşlərBakıTam Ştat7 Oktyabr 202679

600 ₼

Vakansiya haqqında

Caspian Energy Club komandası Biznes Əlaqələri üzrə Koordinator axtarır.

Vəzifə öhdəlikləri

  • Yeni korporativ müştərilərin və şirkətlərin aktiv şəkildə axtarılması, potensial şirkətlərin və qərarverici şəxslərin müəyyənləşdirilməsi və cəlb edilməsi
  • Bazarın və müxtəlif sektorların araşdırılması, yeni şirkətlər bazasının formalaşdırılması və mütəmadi yenilənməsi
  • Şirkət rəhbərləri və top-menecerlərlə əlaqələrin qurulması, görüşlərin planlaşdırılması, təşkili və keçirilməsi
  • Şirkətlərə Caspian Energy Club-un üzvlüyünün, layihələrinin, tədbirlərinin və digər xidmətlərinin təqdim edilməsi
  • Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi
  • Danışıqların aparılması, satış prosesinin koordinasiyası və satış planlarının yerinə yetirilməsi
  • Yeni satış imkanlarının və biznes inkişafı üzrə ideyaların müəyyənləşdirilməsi və irəli sürülməsi
  • Görüşlər, satışlar və görülən işlər üzrə mütəmadi hesabatların hazırlanması
  • Caspian Energy Club-u görüşlərdə, forumlarda, sərgilərdə, biznes tədbirlərində və digər platformalarda təmsil etmək
  • Rəhbərliyin tapşırıqlarının operativ və məsuliyyətli şəkildə icra olunması

Tələblər

  • Yaş: 21–30
  • Korporativ satış və ya B2B satış sahəsində minimum 1 il iş təcrübəsi
  • Azərbaycan dilində səlis danışıq və qrammatik yazı bacarığı — mütləqdir
  • Rus və ya ingilis dillərini sərbəst danışıq səviyyəsində bilməsi və qrammatik yazı bacarığı üstünlükdür
  • Şirkət rəhbərləri, top-menecerlər və qərarverici şəxslərlə ünsiyyət qurmaq bacarığı
  • Güclü kommunikasiya, danışıqlar aparmaq, təqdimat və inandırma bacarığı
  • Aktiv müştəri axtarışı, soyuq əlaqələr qurmaq və müştəri cəlb etmək bacarığı
  • MS Office proqramları ilə işləmək bacarığı
  • Məsuliyyətli, punktual, enerjili və nəticəyönümlü olmaq
  • Stressə davamlı və intensiv iş rejiminə uyğunlaşa bilmək
  • Komandada işləmək və rəhbərliyin tapşırıqlarını operativ icra etmək bacarığı
  • Xarici və yerli biznes səfərlərində, forumlarda və tədbirlərdə iştirak etməyə hazır olmaq
  • İşgüzar görünüş və peşəkar davranış
  • Yeni biliklərə, inkişaf etməyə və karyera qurmağa yüksək motivasiya

Üstünlük veriləcək

  • Hazır korporativ müştəri bazası olan namizədlərə
  • B2B satış, biznes inkişafı, marketinq, reklam və media sahəsində təcrübəsi olanlara
  • Şirkət rəhbərləri və top-menecerlərlə iş təcrübəsi olanlara
  • Aktiv networking və biznes tədbirlərində, forumlarda iştirak təcrübəsi olanlara
  • Yeni şirkətləri və tərəfdaşları müstəqil şəkildə tapıb cəlb edə bilən namizədlərə

Rəsmi qeydiyyat, əməkhaqqı və yüksək bonus

  • İlk gündən rəsmi əmək müqaviləsi, maaşlar və bonuslar rəsmi maaş kartına ödənilir.
  • Əməkhaqqı: 600–800 AZN
  • Aylıq bonuslar: 1 500–4 500 AZN
  • Nəticələrdən asılı olaraq ümumi gəlir daha yüksək ola bilər.

Maraqlı olan namizədlər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərib, mövzu hissəsində “Biznes əlaqələri üzrə koordinator” qeyd etməlidirlər.

Oxşar vakansiyalar