P
PASHA Bank
Biznes innovasiyaları klasterinin Hesab və ödəniş xidmətləri qrupunun Məhsul Analitiki
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Bazar Araşdırması: Bazarı, trendləri, rəqabəti və hədəf kütlənin ehtiyaclarını öyrənmək üçün hərtərəfli bazar araşdırılmasının aparılması. Araşdırmadan əldə edilən məlumatları “anlayışlara” (insights) çevirmək və yeni imkanlarını təyin etmək və məhsulun inkişaf strategiyalarına töhfə vermək üçün istifadə etmək;
- Məlumatların Toplanması və Təhlili: İstifadəçi davranışını və məhsuldan istifadə yollarını hərtərəfli başa düşmək üçün fərqli mənbələrdən məlumatları toplamaq və təhlil təhlil etmək. Sorğulardan, istifadəçi testlərindən və digər mənbələrdən müştəri rəylərini toplamaq və təhlil etmək;
- Məhsul Performansının İzlənməsi: Məhsulun əsas və ikinci dərəcəli performans göstəricilərini izləmək. Performans göstəricilərindən fərqli “pattern”ləri və trendləri ortaya çıxarmaq;
- Məhsulun Performans Qiymətləndirilməsi: Mütəmadi olaraq məhsulun performansını əvvəlcədən müəyyən edilmiş hədəflər və göstəricilər əsasında qiymətləndirmək. Göstəriciləri araşdırmaq, potensial təkmilləşmə sahələrini müəyyənləşdirmək və təhlil əsasında Məhsul Sahibinə optimallaşdırma strategiyaları təklif etmək;
- Hesabat və Təqdimat: Məlumatların təhlili və məhsul qiymətləndirmələrinin nəticələrini ümumiləşdirən ətraflı hesabatlar hazırlamaq (məlumatları asan başa düşülən formatda təqdim etmək üçün qrafiklər, diaqramlar və digər vəsaitlərdən istifadə etməklə). Nəticələri məhsul komandasına və yüksək rəhbərliyə təqdim etmək;
- İstifadəçi Rəyinin İdarə Edilməsi: Fərqli sorğulardan, dəstək komandalarına gələn müraciətlərindən, istifadəçi testlərindən və s. kanallardan daxil olan rəyləri toplamaq və təhlil etmək. Məhsulun təkmilləşməsi və istifadə təcrübəsinin yaxşılaşdırılması üçün rəyləri təhlil nəticəsini icra edilə bilən təkliflərə çevirmək.
Tələblər
- Statistika, Kompyuter elmləri, Biznes, Marketinq və ya digər əlaqəli ixtisasda bakalavr təhsili;
- Məhsul analitiki və ya oxşar sahədə iş təcrübəsi;
- Güclü analitik düşüncə tərzi. Fərqli analitik alətlərdən istifadə təcrübəsi (SQL, Tableau, Grafana, Excel və s);
- Bazar araşdırması və məlumatların toplanması metodologiyaları barədə təcrübə;
- Statistik təhlil və məlumatların vizuallaşdırılması texnikaları haqqında praktiki təcrübə;
- Əla ünsiyyət bacarığı. Mürəkkəb məlumatları, statistik göstəriciləri yazılı, təqdimat və ya şifahi şəkildə komandaya və ya rəhbərliyə təqdim edə bilmə bacarığı;
- Detallara diqqət və güclü təşkilatçılıq bacarığı;
- Fərqli funksiyalardan olan komandalarla işləmək və əməkdaşlıq etmək bacarığı;
- Məhsul sahibliyi və məhsul yaradılması prosesi ilə yaxından tanışlıq;
- Agile metodologiyaları ilə tanışlıq və ya agile mühitdə işləmə təcrübəsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
Help Desk mütəxəssisi
Agro - West DC LLC • Bakı
Remote
700 ₼Müraciət et
P
Bugün
DevSecOps üzrə aparıcı mütəxəssis
PASHA Insurance • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Dünən
GenAI üzrə Kiçik mütəxəssis
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
İ
Dünən
C# Developer
İnnovative Solution Group • Bakı
Tam Ştat
1500 ₼Müraciət et
K
Dünən
Data Analitik (Elektron Kommersiya)
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
18 İyul 2026
Yangin signalizasiya sistemləri üzrə proqramçı mütəxəssis
Confirex • Bakı
Tam Ştat
800 ₼Müraciət et