A

Agro - West DC LLC

Son tarix: 21 Avqust 2026

Help Desk mütəxəssisi

700

Vakansiya haqqında

Ünvan: Bakıxanov qəs., B. Bünyadov küç.

Vəzifə öhdəlikləri: 

  • Sistem və avadanlıqlarda yaranan nasazlıqların diaqnostikasını aparmaq və aradan qaldırılmasını təmin etmək
  • Noutbuk, masaüstü kompüterlər, printerlər və digər şəbəkə avadanlıqlarının quraşdırılması və texniki dəstəyi
  • Yeni kompüterlərin hazırlanması və korporativ domenə qoşulması
  • Əsas və filial ofislərinə yerində və uzaqdan İT dəstəyin göstərilməsi
  • Şəbəkə infrastrukturu və internet çıxışının fasiləsiz işləməsinə nəzarət
  • LAN/WAN şəbəkələrinin qurulması və sazlanması
  • Proqram təminatlarının yenilənməsi və optimizasiyası
  • İT avadanlıqlarda yaranan fiziki nasazlıqların aradan qaldırılması
  • Printer, skaner, faks və digər ofis texnikalarının quraşdırılması və dəstəyi
  • Şirkət əməkdaşlarına İT dəstək və təlimlərin təşkili
  • Yeni açılan obyektlər üçün İT infrastrukturunun qurulması (mağaza, anbar və s.)
  • NVR/DVR sistemləri və müşahidə kameraları üzrə problemlərin həlli

Namizədə tələblər:

  • Ali təhsil
  • İT sahəsində minimum 3 il iş təcrübəsi
  • Windows əməliyyat sistemləri üzrə yaxşı biliklər
  • Kompüter şəbəkələri (IP, LAN/WAN) və server sistemləri üzrə baza bilikləri
  • Şəbəkə və kompüter avadanlıqlarının işləmə prinsiplərini bilməli
  • Backup, arxivləşdirmə və klonlama prosesləri üzrə anlayış
  • Excel proqramında yüksək səviyyədə işləmə bacarığı
  • CCNA və Microsoft sertifikatları arzuolunandır
  • Rus dili yaxşı səviyyədə, ingilis dili arzuolunandır
  • Avtomobilin olması vacibdir

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş saatı: 09:00 – 18:00
  • Əmək haqqı: 700 – 900 AZN
  • Nahar və yanacaq şirkət tərəfindən təmin edilir

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Help Desk mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar