N
NBCO KredAqro
Borcların Çat Yazışmaları Vasitəsilə Təqibi üzrə Operator
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Müştərilərlə çat və digər yazılı kommunikasiya kanalları vasitəsilə əlaqə saxlamaq.
- Borcun yaranma səbəblərini müəyyən etmək.
- Hər bir müştəri üçün uyğun ünsiyyət strategiyasını seçmək.
- Etirazlarla işləmək və mübahisəli halları həll etmək.
- Müştərilərə borcun ödənilməsi üsulları barədə məlumat vermək.
- Azərbaycan Respublikasının qanunvericiliyinə və Şirkətin daxili qaydalarına riayət etmək.
- Aparılan yazışmaların nəticələrini CRM sistemində qeyd etmək.
- Müəyyən edilmiş KPI göstəricilərini yerinə yetirmək.
Tələblər
İş təcrübəsi
- Borcların təqibi sahəsində iş təcrübəsi arzuolunandır.
- Satış, çağrı mərkəzi (Call Center), müştəri xidmətləri və ya müraciətlərin emalı sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
- Təcrübəsi olmayan, lakin öyrənməyə meyilli və inkişaf potensialı yüksək olan namizədlər də nəzərdən keçirilə bilər.
- Müştərilərlə yazılı ünsiyyət təcrübəsi üstünlük hesab olunur.
- Məhkumluğun, kredit və ya məhkəmə qərarları üzrə ödənilməmiş borcların olmaması vacibdir.
- Səlis yazılı və şifahi nitq bacarığı.
Bilik və bacarıqlar
- Borcların təqibi ilə bağlı qanunvericilik üzrə bilik arzuolunandır.
- Danışıqlar aparmaq və münaqişələri idarə etmək bacarığı.
- Etirazlarla işləmək və stresli vəziyyətlərdə düzgün qərar vermək bacarığı.
- Kompüter, CRM sistemləri və ofis proqramlarından sərbəst istifadə.
- Yazılı və şifahi ünsiyyət bacarıqları yüksək səviyyədə olmalıdır.
- Müştərinin vəziyyətini tez təhlil etmək və uyğun ünsiyyət üsulu seçmək bacarığı.
- İşgüzar etikaya riayət etmək.
Şəxsi keyfiyyətlər
- Ünsiyyətcil və insanlarla asan əlaqə qura bilmək.
- Stressə davamlı və emosional cəhətdən sabit olmaq.
- Daxili qaydalarda, motivasiya sistemində və iş proseslərində baş verən dəyişikliklərə tez uyğunlaşmaq.
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
- Yüksək özünütəşkil və intizam.
- Qətiyyətli olmaqla yanaşı, nəzakətli ünsiyyət qurmaq bacarığı.
İş şəraiti
- İş qrafiki: 2/2, saat 09:00–21:00.
- Gələcəkdə məsafədən (remote) işləmək imkanı.
- Əməkhaqqı: sabit əməkhaqqı + KPI göstəricilərinin yerinə yetirilməsinə görə bonus.
- Təlim və peşəkar inkişaf imkanları.
- Peşəkar komandada işləmək imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
Müştəri xidmətləri mütəxəssisi
Apar (Bike-Sharing Startup) • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
V
Bugün
CALL CENTER / TELESALES SPECIALIST
Voxera Solutions LLC • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
P
Dünən
Korporativ müştərilərə xidmət üzrə mütəxəssis
PEAKPİN MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
M
Dünən
Qeydiyyatçı
Midtown Hotel Baku • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Dünən
Korporativ müştəri xidməti üzrə təcrübəçi (Bərdə filialı)
Bank Respublika ASC • Bərdə
Təcrübə
Müsahibə əsasındaMüraciət et
V
30 Sentyabr 2026
Telefon operatoru
videoreklam.az • Bakı
Yarım Ştat
300 ₼Müraciət et