Apar (Bike-Sharing Startup)
Müştəri xidmətləri mütəxəssisi
Müsahibə əsasında
Vakansiya haqqında
APAR elektrikli velosiped, velosiped və digər alternativ nəqliyyat vasitələrinin icarəsini innovativ yolla həyata keçirən startap şirkətdir.
Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə hiss etmək üçün rahat və ekoloji cəhətdən təmiz bir yol təqdim etməkdir. Xidmətimiz işə getmək yaxud sadəcə təmiz havadan zövq almaq üçün mobil tətbiq vasitəsi ilə elektrikli və pedallı velosipedlərin icarəsini təqdim edir.
Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.
İş barədə məlumat:
- Müştəri sorğu və şikayətlərini müvaviq proqram , telefon, e-poçt və sosial media vasitəsilə qəbul etmək və cavablandırmaq.
- Müştərilərə velosiped kiralama prosesləri, qiymətlər və mövcud kampaniyalar haqqında dəqiq məlumatlar vermək.
- Müştəri məmnuniyyətini artırmaq məqsədilə yüksək səviyyədə xidmət standartlarını təmin etmək.
- Müştəri şikayətlərini səbirli və peşəkar şəkildə həll etmək.
- Müştəri rəyləri və təklifləri əsasında xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün təkliflər vermək.
Tələblər:
- Xanım namizədlər
- Müştəri xidmətləri sahəsində minimum 6 ay iş təcrübəsi
- Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları
- Problem həlli bacarıqları və yüksək səviyyədə müştəriyönümlülük
- Komanda işində uğur qazanmaq və müstəqil işləmə qabiliyyəti
- Azərbaycan dili-səlis, rus və ingilis dili-arzuolunan
Biz nə təklif edirik?
- Gənc və dinamik kollektivdə işləmək fürsəti
- Şəhər mərkəzində iş yeri
İş rejimi: dəyişkən
İş vaxtı: 08.00-17.00 və ya 09.00-18.00 (ofisdən) və 14.00-23.00 (distant)
Əgər bilik və bacarıqlarınıza güvənir həmçinin innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Müştəri xidmətləri mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik.
Oxşar vakansiyalar
Borcların Çat Yazışmaları Vasitəsilə Təqibi üzrə Operator
NBCO KredAqro • Bakı
CALL CENTER / TELESALES SPECIALIST
Voxera Solutions LLC • Bakı
Korporativ müştərilərə xidmət üzrə mütəxəssis
PEAKPİN MMC • Bakı
Qeydiyyatçı
Midtown Hotel Baku • Bakı
Korporativ müştəri xidməti üzrə təcrübəçi (Bərdə filialı)
Bank Respublika ASC • Bərdə
Telefon operatoru
videoreklam.az • Bakı