1300 ₼
Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər:
- Müəssisənin istifadəsində olan yük avtomobillərinin texniki vəziyyətinə nəzarət edir.
- Avtomobillərin texniki baxış, cari və zəruri hallarda təmir işlərini həyata keçirir.
- Avtomobillərin mühərrik, transmissiya, sürətlər qutusu, mufta, asqı, sükan idarəetməsi, əyləc və digər mexaniki sistemlərinin texniki vəziyyətini yoxlayır.
- Mühərrikdə yaranmış nasazlıqları müəyyən edir, nasazlıq səbəblərini araşdırır və onların aradan qaldırılmasını həyata keçirir.
- Mühərrikin yağlanma və soyutma sistemlərinin texniki vəziyyətini yoxlayır, zəruri hallarda müvafiq təmir və dəyişdirmə işlərini yerinə yetirir.
- Avtomobillərin əyləc sisteminin, o cümlədən əyləc mexanizmlərinin, əyləc kameralarının və əlaqəli hissələrin sazlığını yoxlayır və aşkar edilmiş nasazlıqları aradan qaldırır.
- Sükan idarəetmə sisteminin, sükan mexanizmlərinin və əlaqəli detalların texniki vəziyyətini yoxlayır.
- Asqı sistemi, ressorlar, amortizatorlar, körpülər, təkər və digər mexaniki hissələrin texniki vəziyyətinə nəzarət edir.
- Sürətlər qutusu, kardан valı, diferensial və digər transmissiya hissələrində yaranan nasazlıqları müəyyən edir və mümkün olduğu hallarda təmir edir.
- Avtomobillərin texniki xidmət zamanı yağ, filtr və digər istismar materiallarının dəyişdirilməsini həyata keçirir.
- mexaniki sistemlərinin işlək vəziyyətdə olmasını yoxlayır.
- Təmir və texniki xidmət işləri zamanı istifadə olunan alət, avadanlıq və qurğuların saz vəziyyətdə saxlanılmasına nəzarət edir.
- Avtomobillərin təmiri zamanı istifadə olunan ehtiyat hissələrinin və digər materialların düzgün və qənaətlə istifadəsini təmin edir.
- Aşkar etdiyi ciddi və ya təhlükəli texniki nasazlıqlar barədə dərhal birbaşa rəhbərinə məlumat verir.
Namizədə tələblər:
- Yük avtomobillərinin əsas konstruktiv xüsusiyyətlərini və iş prinsipini.
- Avtomobillərin mühərrik, əyləc, sükan, asqı, soyutma və yağlama sistemlərinin quruluşunu və iş prinsipini.
- Avtomobillərdə ən çox rast gəlinən mexaniki nasazlıqların əlamətlərini və onların aradan qaldırılması üsullarını.
- Avtomobil hissələrinin sökülməsi, yığılması, tənzimlənməsi və dəyişdirilməsi qaydalarını.
- Texniki xidmət və cari təmir işlərinin aparılması qaydalarını.
- Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun olaraq rəsmiləşmə, 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı: 1300 Azn;
- Ünvan: Abşeron rayonu, Məmmədli kəndi;
Namizədlərdən CV-lərini "Avtomobil üzrə çilingər" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
İ
Bugün
Zəmanət meneceri
İMotors • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Bugün
Emalatxana üzrə texnik (Gəncə)
Mpay MMC • Gəncə
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Fəhlə
AzProtein Foods Group MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et
F
Bugün
Zəif axın sistemləri üzrə texnik
Facility Management Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
I
Bugün
Technical Site Supervisor
IRES • Bakı
Təcrübə
1800 ₼Müraciət et
K
Bugün
Fəhlə
Koral İst • Bakı
Tam Ştat
500 ₼Müraciət et