İ

İMotors

Son tarix: 21 Oktyabr 2026

Zəmanət meneceri

İnşaat və MemarlıqBakıTam Ştat21 Sentyabr 202647

Müsahibə əsasında

Vakansiya haqqında

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Avtomobil sektorunda, xüsusilə servis və zəmanət proseslərində iş təcrübəsi;
  • Avtomobillərin əsas texniki quruluşu və sistemləri haqqında ümumi bilik;
  • Zəmanət siyasəti, zəmanət şərtləri və istehsalçı prosedurları ilə işləmə bacarığı;
  • Servis proqramları və CRM/DMS sistemləri ilə işləmək bacarığı;
  • Azərbaycan dili biliyi səlis, ingilis dili əla səviyyədə;
  • MS Office, xüsusilə Excel proqramında işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Avtomobillər üzrə zəmanət müraciətlərini qəbul etmək, yoxlamaq və idarə etmək;
  • Servis tərəfindən təqdim olunan zəmanət işlərinin istehsalçı/diler zəmanət şərtlərinə uyğunluğunu yoxlamaq;
  • Zəmanət işlərinin və ehtiyat hissələrinin düzgün kodlaşdırılmasına nəzarət etmək;
  • Zəmanət müraciətləri üzrə lazımi sənədləri, foto/video materialları və texniki məlumatları toplamaq;
  • Zəmanət müraciətlərini istehsalçıya və ya distribütora vaxtında təqdim etmək;
  • İstehsalçı tərəfindən təsdiq, rədd və ya əlavə məlumat tələb olunan müraciətləri izləmək;
  • Rədd edilmiş zəmanət müraciətlərinin səbəblərini araşdırmaq və zəruri hallarda yenidən baxılması üçün əsaslandırılmış müraciət hazırlamaq;
  • Zəmanət çərçivəsində dəyişdirilmiş ehtiyat hissələrinin uçotunu və saxlanmasını təşkil etmək;
  • Zəmanət üzrə kompensasiya və ödənişlərin istehsalçıdan alınmasına nəzarət etmək;
  • Zəmanət xərcləri və geri ödənişlər üzrə mütəmadi hesabatlar hazırlamaq;
  • Zəmanət müraciətlərinin statusunu CRM/DMS sistemində vaxtında yeniləmək;
  • Servis, ehtiyat hissələri, texniki mütəxəssislər və satış komandası ilə koordinasiyalı işləmək;
  • Təkrarlanan texniki problemləri analiz etmək və rəhbərliyə məlumat vermək;
  • İstehsalçının yeni zəmanət qaydaları, texniki bülletenləri və prosedurlarını izləmək və servis komandasına çatdırmaq;
  • Zəmanət müddətində olan avtomobillərlə bağlı müştəri müraciətlərinin düzgün istiqamətləndirilməsini təmin etmək;
  • Zəmanət üzrə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.

İş yeri: Üzeyir Hacıbəyli küç 157C

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Zəmanət meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2591&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.

Oxşar vakansiyalar