M

Mpay MMC

Son tarix: 21 Oktyabr 2026

Emalatxana üzrə texnik (Gəncə)

İnşaat və MemarlıqGəncəTam Ştat21 Sentyabr 202662

Müsahibə əsasında

Vakansiya haqqında

İş Təsviri

  • Mütləq Gəncə və ətraf ərazilərdən olmalıdır.
  • Kiçik emalatxana üçün şəraiti olmalıdır.
  • Təhkim olunmuş terminal açarlarını, əmlak və ehtiyat hissələrinin daimi varlığına nəzarət etmək.
  • Terminalların uzunmüddətli iş fəaliyyətini təmin etmək üçün tam profilaktik işləri yerinə yetirmək və cari təmir-bərpa işlərini həyata keçirmək.
  • Təhkim olunmuş ərazini coğrafi baxımdan mükəmməl tanımaq.
  • Ərazi üzrə gördüyü texniki işlərə dair məlumatları düzgün və dolğun şəkildə onlayn rejimdə aparıcı texnikə elektron poçt vasitəsilə ötürmək.
  • İş rejimi qaydalarına riayət etmək (əraziyə çıxış və qayıdış təyin edilmiş qaydada tənzimlənməlidir).
  • İş vaxtının bitməsinə az qalmış vəziyyətdə terminalda müştərinin kartı qalması hallarında həmin kartın çıxarılması üçün dərhal həmin terminala getməli və müştəri məmnuniyyətini təmin etməli.
  • Terminalın daxilində, pulqəbuledicidə, kasetdə aşkar edilən vəsaitin təlimata uyğun olaraq müvafiq hesaba keçirilməsini (mümkün olmadıqda ofisə gətirərək tabelilik üzrə təhvil vermək) təmin etməli, ehtiyac olduğu halda şəkil və qısa video görüntüləri ilə qeydə almalı.
  • Geyim forması, üz və saç daimi olaraq təmiz və səliqəli olmalı.
  • İşdə olduğu zaman tabeliliyində olan şəxslərlə, iş yoldaşı, ərazidə terminal quraşdırılmış obyekt sahibləri, abonentlər və digər şəxslərlə etik qaydalara uyğun davranmalı.
  • Daimi olaraq texniki bilik və bacarığını öyrənməli.
  • Fəaliyyəti zamanı operativ və çevik şəkildə verilən tapşırıqları yerinə yetirməli.

Tələb Olunan Bacarıqlar

  • Windows 7 əməliyyat sisteminin yazılması və quraşdırılmasını bacarmalı (drayverlərin tam olaraq yüklənməsi).
  • Linux əməliyyat sistemi barədə tam biliklərə sahib olmalı.
  • Sistem blokunun daxili quruluşu barədə tam biliklərə sahib olmalı (Hardware).
  • Gərginlik – Cərəyan – Müqavimət münasibətləri haqqında ilkin biliklərə sahib olmalı (OM qanunu).
  • Windows 7 əməliyyat sisteminin yazılması və quraşdırılmasını bacarmalı (drayverlərin tam olaraq yüklənməsi).

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar