A

Azerbaijan SuperMarket

Son tarix: 5 Noyabr 2026

Mexanika Mühəndisi

MühəndislikBakıTam Ştat5 Oktyabr 202666

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Bütün mexaniki, soyuducu (qurğu və avadanlıqlar) və bütün digər tikinti xidmətlərinin istismarını və texniki xidmətini həyata keçirmək;
  • Həftəlik Mağazalara baş çəkmək, mexaniki nəzarətçilərə məsləhət vermək və onlara kömək etmək və mövcud resurslara uyğun olaraq texniki xidmətin vaxtında və texniki cəhətdən səmərəli şəkildə aparılmasını təmin etmək;
  • Tikinti Layihələri üzrə Menecerin həvalə etdiyi bütün zəruri kiçik təkmilləşdirmə və yeni işləri yerinə yetirmək;
  • Ehtiyat hissələrinin və sərf olunan materialların vaxtında və ehtiyat hissələrinin yüksək qiyməti nəzərə alınmaqla tələb olunmasını təmin etmək;
  • İşçilərin mütəmadi olaraq qiymətləndirilməsini həyata keçirmək və müvafiq tövsiyələr vermək;
  • Daim departament standartlarını təkmilləşdirməyə çalışmaq;
  • Avadanlıqların nasazlıqlarını araşdırmaq və nasaz işin diaqnostikasını aparmaq; müştəriyə tövsiyələr vermək;
  • Layihənin icrası zamanı mühəndis dəyişikliklərinə nəzarət etmək;
  • Müştərilər, podratçılar, memarlar və digər layihə qrupunun üzvləri ilə bütün qarşılıqlı əlaqələrdə şirkəti təmsil etməkdən məsuldur;
  • Obyektlərə mexaniki işlər üzrə xidmətin göstərilməsi üçün qrafiklər və üsullar yaratmaq; resurs ehtiyaclarını müəyyən etmək; müvafiq idarəetmə heyəti ilə ehtiyacları nəzərdən keçirmək; resursları müvafiq olaraq bölüşdürmək;
  • Binaların, infrastrukturların və obyekt avadanlıqlarının quraşdırılmasına, yoxlanılmasına, təmirinə, nasazlıqların aradan qaldırılmasına və gündəlik texniki xidmətə nəzarət etmək;
  • Bütün qurğular və avadanlıqlar üçün profilaktik təmir və təhlükəsizlik yoxlama proqramlarını hazırlamaq və təşkil etmək;
  • Ətraf mühit, sağlamlıq və təhlükəsizlik siyasətlərinə uyğun olaraq bina və qurğuların yaxşı vəziyyətdə saxlanmasına cavabdehdir;
  • Müqavilə xidmətlərinin göstərilməsində podratçılarla əlaqələndirmək;
  • Şikayətləri həll etmək üçün lazım olduqda düzəldici tədbirlər görmək.

Tələblər

  • Mexanika mühəndisliyi üzrə bakalavr və ya master dərəcə;
  • Sənayedə 5-10 il iş təcrübəsi; Sənaye soyutma sahəsində;
  • Mürəkkəb məsələləri texniki olmayan əməkdaşlara və rəhbərliyə çatdırmaq bacarığı;
  • Komanda da işləmək bacarığı, nəticə yönümlü, problem həll etmə qabiliyyətlər;
  • Microsoft Office (Word, Excel, Outlook, PowerPoint) istifadə bacarığı;
  • AutoCAD və ya digər texniki proqram təminatları ilə işləmək bacarığı;
  • Komanda ilə effektiv işləmək bacarığı;
  • Yüksək məsuliyyət və motivasiya;
  • Peşəkar yanaşma və diqqətlilik.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar