S

Superfon

Son tarix: 30 Oktyabr 2026

Data Analitikası üzrə Mütəxəssis

İnformasiya TexnologiyalarıBakıTam Ştat30 Sentyabr 202655

Müsahibə əsasında

Vakansiya haqqında

Namizədə dair tələblər:

  • Ali təhsil: statistika, riyaziyyat, iqtisadiyyat, maliyyə, informasiya texnologiyaları və ya əlaqəli sahə.
  • Data, satış, kommersiya və ya müştəri analitikası üzrə minimum 1 il təcrübə.
  • Excel-də yüksək səviyyə: Pivot Table, SUMIFS, axtarış funksiyaları və Power Query.
  • Power BI-də məlumat modeli, əsas DAX ölçüləri və hesabatlar hazırlamaq bacarığı.
  • Məlumatları təmizləmək, birləşdirmək və hesabatların düzgünlüyünü yoxlamaq bacarığı.
  • Satış artımı, plan icrası, aktiv müştəri, alış tezliyi və orta sifariş göstəriciləri ilə işləmək bacarığı.
  • Analitik nəticələri aydın izah etmək, detallara diqqət və kommersiya məntiqi.
  • Müştəri və kommersiya məlumatlarının məxfiliyini qorumaq.
  • Azərbaycan dili sərbəst.

Vəzifələr:

  • Satış sistemi, CRM, şirkətdaxili tətbiqdən və bazar araşdırmalarından məlumatları toplamaq və birləşdirmək.
  • Natamam və təkrarlanan qeydləri müəyyənləşdirmək, məlumatları təmizləmək və uyğunsuzluqları yoxlamaq.
  • Kanal, region, mağaza, müştəri, kateqoriya və SKU üzrə satış və plan icrasını təhlil etmək.
  • Aktiv, passiv və itirilmiş müştərilər, alış tezliyi və orta sifariş üzrə hesabatlar hazırlamaq.
  • Müştəri seqmentləri, təkrar alış və kateqoriya nüfuzetməsi üzrə təhlillər aparmaq.
  • Kampaniyaların satış artımını, iştirak səviyyəsini və ticari xərcini müqayisəli təhlil etmək.
  • Loyallıq, keşbek, bonus proqramları və şirkətdaxili tətbiqin istifadəsi üzrə nəticələri ölçmək.
  • Excel və Power BI-də dövri hesabatlar və göstərici panelləri hazırlamaq, yeniləmələri avtomatlaşdırmaq.
  • Göstəricilərin hesablama qaydalarını sənədləşdirmək və hesabatları mənbə məlumatları ilə tutuşdurmaq.
  • Satış və müştəri davranışındakı dəyişiklikləri izah etmək, rəhbərə praktiki nəticələr təqdim etmək.

Üstünlük veriləcək:

  • SQL ilə məlumat çıxarma və sorğular yazma bacarığı.
  • Distribusiya, topdan satış, pərakəndə və ya FMCG sahəsində analitika təcrübəsi.
  • ERP, CRM və mobil tətbiq məlumatları ilə işləmə təcrübəsi.
  • Müştəri seqmentləşdirilməsi, müştəri itkisi və loyallıq proqramlarının təhlili üzrə təcrübə.
  • Python ilə məlumat təhlili və ya hesabat avtomatlaşdırması təcrübəsi.
  • Rus və ya ingilis dili biliyi.
  • Şirkət tərəfindən:
  • Peşəkar inkişaf və öyrənmə imkanı;
  • Karyera yüksəlişi;
  • Peşəkar və dinamik iş mühiti;
  • Əmək müqaviləsi;

İş şəraiti

  • İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
  • İş rejimi: Tam iş günü
  • Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar