A

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Son tarix: 16 Oktyabr 2026

Kiçik mühəndis-proqramçı (backend)

İnformasiya TexnologiyalarıBakıTam Ştat30 Sentyabr 202643

Müsahibə əsasında

Vakansiya haqqında

Struktur bölmənin adı

  • Rəqəmsal Mühəndislik departamenti \ Proqramlaşdırma və rəqəmsal həllər şöbəsi  \ Proqramlaşdırma bölməsi

Vəzifənin funksiyaları:

  • Avtomatlaşdırılmış sistemlərin texniki dəstəyini təmin etmək, problemləri həll etmək və yenilikləri tətbiq etmək;
  • Rəqəmsal mühəndislikdə yeni texnologiyaların və trendlərin izlənilməsi və tətbiq olunması;
  • Yüksək keyfiyyətli, təhlükəsiz və səmərəli kodun yazılması və kodun sınaqdan keçirilməsi. Kodun təmizliyi və optimallığına nəzarət etmək;
  • Yeni məhsulların yaradılmasında iştirak və onların tətbiqi metodlarının seçilməsi;
  • Miqyaslana bilən və effektiv sistem dizayn etmək üçün proqram təminatı memarları ilə sıx əməkdaşlıq etmək;
  • Layihələrin vaxtında və texniki tapşırığa uyğun həyata keçirilməsini təmin etmək;
  • Bankın istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanması;
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud bankdaxili qaydaların icrası;
  • Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak;
  • Rəhbərliyinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək;
  • Bankın daxili intizam və etik davranış qaydalarına riayət edilməsi;

Texniki kompetensiyalar

  • C# və Go dilləri çərçivələrində yüksək səviyyəli arxitektura və kod yazılması.
  • Algorithms & Data Structures
  • OAuth2, JWT token-lər və API təhlükəsizliyi üzrə təcrübə
  • SQL, NoSQL bazaları ilə iş təcrübəsi
  • Çox sistemlər, serverlər və mühitlər arasında istifadəçi identifikasiyası və avtorizasiyası
  • JavaScript framework-ləri (Angular.js, React.js və ya digər) ilə tanışlıq
  • Oracle, Postgre və ya digər RDBMS-lərlə təcrübə
  • RESTful API-lərin yaradılması və inteqrasiyası üzrə dərin bilik
  • Kod versiyalaşdırma sistemləri (Git) ilə iş təcrübəsi 
  • MVC arxitekturasına bələdlik.

Təcrübə

  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur

Təhsil

  • Ali təhsil tələb olunur.

Dil bacarığı

  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə) tələb olunur. 

Kompüter bacarıqları

  • MS Office yüksək səviyyədə tələb olunur

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar