M

MGH İNŞAAT

Son tarix: 6 Sentyabr 2026

Elektrik mühəndisi

MühəndislikBakıTam Ştat6 Avqust 202632

2000

Vakansiya haqqında

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;

Rəqabətqabiliyyətli əməkhaqqı (namizədin bilik və təcrübəsinə əsasən müəyyən edilir);

6 günlük iş qrafiki;

İş yeri: Bakı şəhəri və layihələrdən asılı olaraq regionlar;

Ezamiyyət xərcləri şirkət tərəfindən qarşılanır;

Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

Stabil və dinamik iş mühiti;

Korporativ qaydalara uyğun əmək fəaliyyəti.

 

 

Tələblər:

 

Elektrik mühəndisliyi ixtisası üzrə ali təhsil;

Tikinti sahəsində Elektrik Mühəndisi vəzifəsində minimum 3 il iş təcrübəsi;

Elektrik layihələri, sxemləri və texniki cizgiləri oxuma və tətbiq etmə bacarığı;

Elektrik quraşdırma işləri, enerji təchizatı sistemləri və müvafiq norma, standart və qaydalar üzrə biliklər;

Analitik düşünmə, problemləri operativ həll etmə və qərarvermə bacarığı;

Məsuliyyətli, intizamlı, təşəbbüskar və nəticəyönümlü olmaq;

Komandada işləmək və işçi heyətini koordinasiya etmək bacarığı;

Ezamiyyətlərdə işləmək imkanı.

 

Vəzifə öhdəlikləri:

Tikinti obyektlərində elektrik işlərinin layihə və texniki sənədlərə uyğun icrasını təşkil etmək və nəzarətdə saxlamaq;

Elektrik sistemləri və avadanlıqlarının quraşdırılması, sınaqdan keçirilməsi və istismara verilməsi proseslərini koordinasiya etmək;

Elektrik işləri üçün tələb olunan material, avadanlıq və ehtiyat hissələrinə olan tələbatı müəyyənləşdirmək;

Texniki hesabatlar, icra sənədləri, aktlar və digər müvafiq sənədləri hazırlamaq;

Elektrik sistemlərində yaranan nasazlıqları təhlil etmək, onların aradan qaldırılması üçün texniki həllər hazırlamaq və icrasına nəzarət etmək;

Görülən işlərin keyfiyyətini, layihəyə uyğunluğunu və müəyyən edilmiş müddətlərə əməl olunmasını təmin etmək;

Podratçı və işçi heyətinin fəaliyyətini əlaqələndirmək və görülən işlərə nəzarət etmək;

Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək;

Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Oxşar vakansiyalar