A

ALLSMART TECHNOLOGIES MMC

Son tarix: 10 Oktyabr 2026

Elektronika mühəndisi

MühəndislikBakıTam Ştat10 Sentyabr 202637

500

Vakansiya haqqında

Uyğun namizədlərin CV-ləri [email protected]  elektron ünvana göndərmələri və mövzu hissəsində vakansiyanın adını qeyd etmələri xahiş olunur.

Tələblər:

Simli (kabel, ötürücü və naqilli) elektron sistemlərin və cihazların sxemlərinin işlənməsi, dizaynı və istehsal texnologiyalarına bələd olmaq.

Altium Designer, Eagle və ya KiCad proqramlarında çap lövhələrinin (plataların) layihələndirilməsi, istehsalata hazırlanması və BOM (komponent) siyahılarının tərtibi.

İstehsalatda plataların yığılması üçün istifadə olunan avtomatlaşdırılmış robot sistemlərin (SMT yığım robotları, avtomatik lehimləmə avadanlıqları və s.) iş prinsipi ilə tanışlıq və onların istehsal prosesinə inteqrasiyasına dəstək ola bilmək.

Mikrokontrollerlər ilə işləmə bacarığı, C/C++ dillərində proqram təminatı bilikləri, istehsal olunan plataların test edilməsi və diaqnostikası.

Osilloqraf, multimetr, siqnal generatoru və laboratoriya test avadanlıqlarından peşəkar səviyyədə istifadə bacarığı.

Yerli istehsal prosesində robotlaşdırılmış avadanlıqlarla işləməyə operativ uyğunlaşma və yeni texnologiyaları sürətlө mənimsəmə bacarığı.

Mexanika və proqram təminatı mühəndisləri ilə sıx koordinasiyada komanda daxilində işləmək.

İstehsalat zamanı yaranan texniki nasazlıqları tez aşkar edib aradan qaldırmaq, analitik düşüncə və detallara diqqət.

Oxşar vakansiyalar